Erməni mediası yazır ki, Azərbaycan Qarabağın separatçı  rəhbərliyinin ekstradisiyasını tələb edir.
Azərbaycan nümayəndələri Qarabağ separatçılarına humanitar dəhliz açılmazdan əvvəl Bakıya təhvil verilməli olan şəxslərin adlarını əks etdirən siyahı göndəriblər.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, siyahıya tanınmamış respublikanın keçmiş rəhbərləri, hərbi və ‘hökumət’ rəsmiləri, həmçinin separatçıların “dövlətçiliyində mühüm uğurlar qazanmış” şəxslər daxildir.

Bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə  Qarabağ separatçıların təslimiyyətini qəbul edərək əməliyyatın dayandırılması ilə bağlı razılığın əldə edildiyini bildirib..