Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr əvəzi təyin edilib.

Məhkəmənin hakim spikeri Telman Hüseynov “Qafqazinfo”ya bildirib ki, sədrin birinci müavini vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub. Hazırda məhkəmənin sədri olmadığı üçün Z.Ağayev avtomatik olaraq sədrin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dünən ürəktutmasından vəfat etmişdi.

İstinadlar Qafqazinfo