Yanvarın 24-ü işğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gediş haqqı qiymətləri açıqlanıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qiymətlər bir tərəfə gediş haqqı nəzərdə tutulmaqla belədir:

– Bakı-Şuşa – 10.40 AZN

– Bakı-Ağdam  – 9.40 AZN

– Əhmədbəyli-Şuşa – 7 AZN

– Bərdə-Ağdam- 5 AZN

– Füzuli Beynəlxalq Hava Limanı-Şuşa – 6 AZN

Anar Rzayev qeyd edib ki, Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə səfərlər təşkil olunacaq. Artıq bununla bağlı sınaq yürüşləri təşkil edilib. Xidmət rəisi əlavə edib ki, səfərlər üçün iri tutumlu avtobuslar ayrılıb. Şuşa istiqamətində isə relyefi nəzərə alaraq xüsusi əyləc tipi olan avtobuslar seçilib.

Səfərlərlə bağlı qalib şirkət seçilib və müqavilə bağlanıb.