Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstanın ailə məsələləri üzrə dövlət katibi Zofia Kontsla görüşüb.
Görüşdə iki ölkə arasında dostluq münasibətləri, eləcə də iqtisadi, sosial, siyasi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
Tərəflər ailə məsələləri sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparıb, gələcəkdə Macarıstan və Azərbaycan arasında bu sahədə həyata keçirilməsi vacib olan layihələri müzakirə ediblər.