Türk dünyasının iqtisadi inkişafı beş əsas istiqamətdə gücləndiriləcək.

Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdat Amreyev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində türk dünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əsas prioritet istiqamətləri açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə, ticarət və investisiya sahəsində maneələrin aradan qaldırılması vacibdir. “Bununla yanaşı, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi, regional təchizat zəncirlərinin genişləndirilməsi, innovasiya və rəqəmsal transformasiyanın təşviqi, eləcə də maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafı prioritetlər sırasındadır”.

B. Amreyev vurğulayıb ki, Türk İnvestisiya Fondu və onun törəmə təşkilatı olan TCCI-nin gənc tarixində ilk Anlaşma Memorandumu imzalanır.

İstinadlar Report