Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb.

Bu barədə Shafaq News xəbər portalı xəbər verib.

Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

İstinadlar Report