İraqın paytaxtı Bağdad şəhərində naməlum şəxslərin nümayişçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə “Al-Hadath” telekanalı əlumat yayıb. Silahlı insident zamanı 30 nəfər yaralanıb.

Qeyd olunub ki, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani Meydanına qədər irəliləyərək oradakı etirazçılara atəş açıblar. Təxribatı törədənlərin kim olduğu bilinmir.

Etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.

Buna qədər “Reuters” agentliyi Təhrir meydanında baş verən silahlı insident zamanı 6 nəfərin ölməsi barədə xəbər vermişdi.

İstinadlar Report