Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhədə başlayan gərginlikdən sonra bir çox şirkətlər dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürürlər.

Böyük şirkətlərlə yanaşı, artıq fiziki şəxslər də bu dəstəyə qoşulub. Onlardan biri də Bibiheybət sakini, fərdi sahibkar Xanlar Hüseynovdur. O Bilgəh ərazisində yerləşən bağ sahəsini sataraq 50 min manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Həmin şəxs daşınmaz əmlakının alqı-satqı müqaviləsinin 1 nüsxəsini də göndərib.