Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İranın nüvə bombası hazırlaması barədə məlumatı olmadığını söyləyib.

O, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

“İranın nüvə silahlanmasına dair heç bir dəlil və ya işarə yoxdur”, – o deyib.

R.Qrossi əlavə edib ki, İran uranı 60%-ə qədər zənginləşdirən və onun ehtiyatlarını yaradan, amma nüvə silahı olmayan yeganə ölkədir. “Bu, çox yüksək səviyyədir. Onların bunu etmək hüququ var. Eyni zamanda, yoxlama sistemi də olmalıdır”, – o fikrini izah edib.

İstinadlar Report