Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukraynanın tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.

Bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov teleqram kanalında bildirib.

“Sabah BAEA-nın Rəhbərlər Şurası Ukraynanın tələbi ilə atom elektrik stansiyalarının təhlükəsizliyi üçün vacib olan qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək”, – diplomat deyib.

Onun sözlərinə görə, bu iki mövzunun bir-biri ilə əlaqələndirilməsi heç bir əsasa söykənmir və BAEA-nın səlahiyyətləri çərçivəsindən kənara çıxır.

İstinadlar Report