
İranın istəyi olsa, bir neçə nüvə başlığı əldə etmək üçün illər yox, aylar lazımdır.
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Vaşinqtonda Amerikanın xarici əlaqələr üzrə qeyri-hökumət şurasında (CFR) keçirilən seminarda bildirib.
“İran nüvə silahına sahib olmaqdan o qədər də uzaq deyil. Onlarda belə silah yoxdur. Bunu bilirik. Beynəlxalq səviyyədə insanları çaşdırmamaq üçün həmişə bunu təkrar etməyə çalışıram. Amma böyük fərq odur ki, orada bir neçə döyüş başlığının hazırlanması üçün material artıq mövcuddur”, – o, çıxışında deyib.
Qrossi xatırladıb ki, İran keçmişdə nüvə qurğusu üçün lazım olan bəzi elementlər üzərində tədqiqatlar və hətta sınaqlar aparıb və bu, nüvə silahı hazırlanmasının sadəcə aylar məsələsi olduğunu göstərir.