AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Krasnoyarskda növbəti dəfə “qara səma” rejimi elan edilib
  • Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
  • Azərbaycan XİN Rusiyadan izahat tələb etdi
  • Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
  • Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video
  • Bakıda daha bir qadın özünü binadan atdı
  • Aİ-dən koronavirusa qarşı vaksin istehsal edən şirkətlərə çağırış
  • Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi – VİDEO
  • Bakının bu hissələrində su olmayacaq
  • Bu məhsulların aksiz dərəcələri 11 dəfə artırılır
  • Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
  • Azərbaycan XİN Rusiyadan izahat tələb etdi
  • Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
  • Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video
  • Bakıda daha bir qadın özünü binadan atdı
  • Aİ-dən koronavirusa qarşı vaksin istehsal edən şirkətlərə çağırış
  • “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir
  • Ermənistan prezidenti xəstəxanadan buraxılıb
  • İran XİN başçısı Yerevanda səfərdədir
  • Zərif: “Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqə üçün şərait yaradılıb”
  • Xəzər İbrahimdən gəmidə öldürülən Fərmanla bağlı paylaşım – Fotolar
  • Türkiyə ilə media sahəsində əməkdaşlıq memorandumu təsdiqlənəcək
  • Lavrov: “Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymaq fikrində deyilik”
  • Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər
  • Bu gün 7807 test olub, 326 pozitiv çıxıb
  • Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi – VİDEO
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Babək, məni həyata qaytardı” – General Hikmət Həsənov – VİDEO
25/11/2020 11:02
Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video
26/01/2021 18:57
Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi – VİDEO
26/01/2021 18:17
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər – VİDEO
26/01/2021 17:47
Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq – VİDEO
26/01/2021 17:27
Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO
26/01/2021 17:09
Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi – VİDEO
26/01/2021 16:20
Cəbrayılın Karxulu kəndindən görüntülər – VİDEO
26/01/2021 11:22
Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video
26/01/2021 10:27
General Etibar Mirzəyev hadisə yerində – VİDEO
25/01/2021 22:12
Füzulinin Dövlətyarlı kəndi – Video
25/01/2021 20:09
Xırdalandakı partlayışdan – Fotolar – VİDEO
25/01/2021 20:07
250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video
25/01/2021 19:27
Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO
25/01/2021 18:34
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video
25/01/2021 17:57
Füzulinin daha bir kəndindən videogörüntülər
25/01/2021 17:17
Bakıda oğurluq edən dəstə tutuldu – Video
25/01/2021 17:02

Video xəbərlər

  • “Bu yola görə camaat evindən çölə çıxa bilmir” – Video
  • Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi – Video
  • “Şəhərin adı Şuşi deyil, Şuşadır!” – AŞPA-da ermənilərə cavab – VİDEO
  • Kəlbəcərin Alıbəyli kəndindən videogörüntülər
  • Ağcabədi, Beyləqan, Füzuli və Cəbrayılda düşmənin dağıtdığı evlər bərpa edilir – VİDEO

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

28/01/2021
14:42 Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:42 Bakıda qanunsuz pul köçürmələri edən şəxs həbs edilib
14:34 Serj Sarqsyan koronavirusa yoluxub
14:32 “Huawei” platformalı ilk elektromobil təqdim edilib
14:29 “Samsung” şirkəti böyük tutumlu batareyaya malik smartfonunu təqdim edib
14:27 “QİÇS-li, onkoloji xəstələrə bu vaksin tövsiyə olunmur”
14:22 Ova cəhd edən şəxs saxlanıldı
14:17 “Bu yola görə camaat evindən çölə çıxa bilmir” – Video
14:12 AŞPA Rusiya nümayəndə heyətinin sessiyada iştirakına icazə verdi
14:07 Qarabağ işçi qrupunun gündəliyi açıqlandı
13:47 Qriqoryan Moskva görüşündən danışdı
13:32 Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb
13:22 ABŞ-da iki polis intihar edib
13:17 Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi – Video
13:15 Nəcməddin Sadıkov haradadır? – Nazirlikdən açıqlama
13:13 Arayik Azərbaycana işləyir? – Köçəryandan sensasion iddia
13:12 Rayonlara yenə qar yağacaq
13:02 Türkiyəli psixoloqlar şəhid və qazi ailələrinə yardım göstərib – Foto
12:57 “Gəncə Hava Limanına Nizaminin adı verilsin”
12:47 Nazirlik vətəndaşların qəbulunu dayandırır
12:37 ETSN-dən Qızılağac Milli Parkındakı insidentlə bağlı açıqlama
12:29 Həmsədrlərin regiona səfəri gözlənilir
12:27 Arif Həbibi vəfat etdi
12:22 Daxili Qoşunların Şuşada şəhid olan baş əsgəri
12:17 Rusiyada ötən gün 575 nəfər koronavirusdan ölüb
12:14 Populyar sosial şəbəkədə istifadəçi məlumatlarını oğurlamaq imkanı aşkarlanıb
12:07 Erməni katalikosu: “Ermənistan heç vaxt belə ağır duruma düşməyib”
12:04 İndoneziyada vulkan sutkada 52 dəfə püskürdü
12:02 İşçi qrupunun iclası yanvarın 30-da keçiriləcək – Rəsmi Moskva
11:57 Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum – 3 yaralı
11:57 Azərbaycanda vəhşi heyvanların sayı artıb
11:54 Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq başa çatır – Fotolar
11:52 Qanunsuz ov edənlər qoruqda mühafizəçiləri güllələdilər
11:47 Şəhid övladı Şuşaya şəxsiyyət vəsiqəsi verildi – FOTO
11:38 Qadını doğrayıb zibil qabına atan qayınatası saxlanıldı
11:29 İki ölkə arasında uçuşlar 4 ildən sonra bərpa olundu
11:27 Yens Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb
11:24 Antoniu Quterriş: “BMT TŞ sammiti münasibətlərin qurulmasına kömək edə bilər”
11:22 İran XİN başçısı Türkiyəyə səfər edəcək
11:07 Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…
11:07 Çindən Rusiyaya gətirilən tikinti materiallarında radiasiya aşkarlanıb
11:04 Ötən il əmək qanunvericiliyi 955 dəfə pozulub
11:02 Rusiyada barıt zavodunda yanğın olub, 3 nəfər yaralanıb
10:57 ABŞ-da Respublikaçılar Partiyasını 30 mindən çox insan tərk edib
10:54 Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb
10:52 İki evdən 20 min manatlıq oğurluq etdi – Foto
10:47 “Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir, atəşkəsə riayət olunur” – Rusiya MN
10:32 “Sony” şirkətinin ən bahalı smartfonu təqdim edilib
10:27 “Şəhərin adı Şuşi deyil, Şuşadır!” – AŞPA-da ermənilərə cavab – VİDEO
10:24 İranla İsrailin münasibətləri yenə gərginləşir
10:22 Həftəsonları kafe və restoranlar işləyəcəkmi? – Nazirlər Kabineti açıqladı
10:12 Qırğızıstanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
10:07 Kəlbəcərin Alıbəyli kəndindən videogörüntülər
09:42 Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyəti müzakirə edəcək
09:37 Ordumuz Şuşaya necə girib? – Tehran Mənsimov ilk dəfə danışdı
09:32 “Ağıllı” saatlar qanda qlükozanın miqdarına nəzarət edəcək
09:27 Yeni “iOS” versiyası istifadəçilərin eşitmə qabiliyyətinin qayğısına qalacaq
08:57 Yaponiyada güclü zəlzələ olub
08:47 Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
08:07 Keçmiş məhkumdan narkotik aşkar edilib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Babək, məni həyata qaytardı” – General Hikmət Həsənov – VİDEO

Multimedia 25/11/2020 11:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin dəfnində 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov da iştirak edib.

H.Həsənov şəhidin məzarı başında nitq söyləyib.

O deyib ki, Babək Səmidli haqqında danışmaq üçün ona günlərlə vaxt lazım olar: “Babək bir əsgər kimi dövlətini, millətini, bayrağını sevən, Ali Baş Komandanına sədaqətli zabit idi. Bir dost kimi ləyaqətli, gözəl bir sirdaş, yaxın bir silahdaş idi. Həm 2016-cı ilin aprel döyüşlərində, həm də bu müharibədə bizimlə çiyin-çiyinə idi. Həmişə bir söz deyərdik, biz birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, ləkələnmiş namusumuzu təmizləmək üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk və bu yoldan da geri addım yoxdur. Uca Rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu deyilik, artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik. Bunların hamısı burada şəhid yatan qardaşlarımın, Babək başda olmaqla, bu savaşlarda canını, qanını dövlət və milləti üçün fəda edən qardaşlarımızın sayəsindədir. Onlar ölməyiblər, onlar Allah qatında diridirlər. Onlar daim bizim qəlbimizdə, daim Allah ən gözəl guşəsindədirlər.

Oxumağa dəyər:   Vətən müharibəsinin 11 iştirakçısına əlillik dərəcəsi təyin olunub

Mən Babəkin atası Mətləb əmiyə bir söz demək istəyirəm, nə xoşbəxtsən ki, belə bir oğul böyütdün və Uca Rəbbim onu ən gözəl, ən yüksək məqamına aldı. Babəkin gül balalarının gözlərindən öpürəm. Ataları kimi qürurlu, qəhrəman, bu dövlətə, bu millətə, bayrağımıza və dinimizə sədaqətlə xidmət edəcəklərinə əminən və buna inanıram. Qardaşım Babəkə də bütün ordu korpusunun adından Allah rəhmət etsin deyirik. Mən komandir olduğum müddətdə bütün savaşlara Babəklə bir yerdə girdik. Ən çətin yerlərdə, ən çətin anlarda dayağım oldu. Hətta döyüşün gedişatında elə bir məqam oldu ki, o məni həyata qaytardı, zamanında xəstəxanaya çatdırdı. Həmişə buna görə də ona sağol deyirdim”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video

Multimedia 26/01/2021 18:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natavanın dağıdılmış məzarından fotolar və video paylaşıb.

Deqati Xurşudbanu Natavanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:

“Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natavan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.

O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.

Natavan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.

1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.

2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.

Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natavanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.

Oxumağa dəyər:   Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər

Şairdən qorxan kimdir?”.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi – VİDEO

Multimedia 26/01/2021 18:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətən Müharibəsində onlarla ermənini tək başına məhv edən xüsusi təyinatlı gizirin döyüş yolu. Hərbçi yoldaşları ona “düşmənə qan udduran” ləqəbi ilə xitab ediblər.

Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci ildə, Şəki rayonunun Əliyar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Lənkəranda “N” saylı hərbi hissədə xidmətini tamamladıqdan sonra evə qayıtmadan müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.

Daxili Qoşunlar, daha sonra isə Xüsusi Təyinatlıların sıralarına qoşulub. Uşaqlıqdan bütün sahələrdə fəallığı ilə seçilən Sənan xidmət etdiyi müddətdə də hərbçi yoldaşlarının yanında hörmət qazana bilib.

Sənanın taleyinə Vətən Müharibəsində iştirak etmək və döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq da yazıldı. Sənan Ələsgərzadə 27 sentyabrdan etibarən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü isə 20 oktyabrda Qubadlı istiqamətində olub. Döyüşlər zamanı qarşı tərəfdən atılan minaatan mərmisinin qəlpəsi Sənanın bir qolunu qoparıb. O, qanaxması olmasına baxmayaraq döyüşə davam edib. Daha sonra isə əbədi olaraq şəhidlik zirvəzinə ucalıb.

Oxumağa dəyər:   Vətən müharibəsi qazisi: "Onu körpə olanda ermənilər yerə çırpıb" - VİDEO

Daxili Qoşunların Xüsusi təyinatlı giziri-Sənan döyüşlər zamanı ermənilərə qan uddurub, onlarla erməni hərbçisini tək başına məhv edib. Döyüş yoldaşları Sənanı hər zaman mərd, qorxmaz bir hərbçi kimi tanıyıblar.

Sənanın qardaşı da Vətən Müharibəsinə könüllü qatılan döyüşçülərdən olub. O, Murov istiqamətində döyüşərkən qardaşının şəhid olması xəbərini eşidib.

Qeyd edək ki, Daxili Qoşunların giziri Sənan Ələsgərzadə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif olunub.

“Report”un Şimal-qərb bürosunun Daxili Qoşunların Xüsusi Təyinatlı giziri Sənan Muxtar oğlu Ələsgərzadə barədə

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər – VİDEO

Multimedia 26/01/2021 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq – VİDEO

Multimedia 26/01/2021 17:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Züvüc kəndi Lerik rayonunun ucqar kəndlərindəndir. Bu yerlərdə yaşamaq o qədər də asan deyil. Lakin vətənin qara torpağı, boz daşı da əzizdir.
Harda doğulmağımızdan asılı olmayaraq Vətənimiz olan Azərbaycanın uğrunda can verib, can alan oğullarımız var. Bu kəndin də Qarabağ Müharibəsində
şəhadətə yüksələn “Qartal” ları, Şahinləri olub.

“Report”un Cənub Mərkəzi Vətən Müharibəsi şəhidi Şahin Afət oğlu Tahirlinin doğulduğu kənddə olub, əzarını ziyarət ediblər.

Müharibə başlayanda Şahin hərbi xidmətdə olub. Döyüşlərə Fizulidən qoşulub. Sonra barəsində heç bir məlumat olmayıb. Atası və qohumları onu bütün cəbhəboyu hərbi hissələrdə, hospitallarda axtarıblar. Sentyabrın 21-də könüllü olaraq orduya yazılan böyük qardaşı İsgəndər də Şahindən xəbər tuta
bilməyib. Məlumat alıblar ki, son dəfə onu Şuşa istiqamətində Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə görüblər. Ailəsi ilə də son telefon
danışığı noyabrın 3-də olub. Harada olduğunu söyləməyib.

Oxumağa dəyər:   Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq - VİDEO

Atası Afət Tahirov deyir ki, müharibə qurtarandan sonra oğlunun axtarışına çıxıb: “Onun nəşini tapanda artıq 10 gündən çox keçmişdi. Amma ata övladını iyindən tanıyar”.

“İnanmadım, qolun açdım. Dedim qolu uşaqlıqda yanıb, izi qalmışdı. Açıb baxdım, gördüm helə odur. Yenə inanmadım. Qolunda məktəbdə oynayanda şüşə kəsmişdi. Ora da baxdım. Gördüm odu. Güllə qolundan dəymişdi, dəymişdi kürəyindən çıxmışdı.

Köksündən oğlunun rəsmini ayırmayan Nazilə ana deyir ki, “çox arzuları vardı balamın. Oxuyurdu. Evimin zəhmətkeşi, hamısının sevimlisi idi. Nənəsi
ayrılığına tab gətirmədi. Şahinim gecələr yuxuma girir, ətrini hiss edirəm, oyanıram.”

“Fəxr edirəm. Deyirdi polis olacam. Ana, nə istəyirsən eliyərəm. İndi ölümünə nə deyim? Getdi Vətən yolunda. İki oğul böyüdüb döyüşə, müharibəyə göndərmişəm. Bir-birindən xəbərsiz….Oğullarımın ikisi ilə də fəxr edirəm. Böyük oğlum da müharibə başlayanda getdi qulluq etməyə.

İsgəndər Şahinin böyük qardaşıdır. Hərbi xidmətini Sülhməramlı qüvvələrin tərkibində başa vurub. Hərbi bacarıqlarından Vətən naminə sərf etməyin vaxtı çatdığını düşünərək ilk çağırışçılarla bərabər orduya səfərbər olub.

Oxumağa dəyər:   Bu gün 7807 test olub, 326 pozitiv çıxıb

“Vətənimiz uğrunda müharibəyə getdim ki, Vətənimizi xilas edək. Həm də ki, qardaşımın yanında olmağa. Gedəndən sonra tam fərqli bir şey oldu. Qardaşımın şəhid olmasın sonradan eşitsəm də ordakı döyüş yoldaşlarımın hamısı mənə qardaş oldu. Qardaşımın şəhid xəbərin eşidəndən sonra da yoldaşlarım bir an belə məni tək qoymurdular. Hamısı qardaşlıq nümunəsi göstərdilər. Sağ olsunlar hər biri. Bu qardaşlığın sayəsində torpaqlarımızı geri ala bildik. Birlik sayəsində. Əvvəl ikimiz də Fizulidə idik. Biz getdik Şuşaya tərəf, Laçın yolunu qorumağa. Onlar noyabrın 7-də Daşaltıda pusquya düşüblər. Snayperlə vurulub, şəhid olub. Şəhidlərin, qazilərin sayəsində qələbə qazandıq. Böyük bir hissdir. Xalqımızın sayəsində. Böyük bir hissdir. Xalqımız sağ olsun.Dayaq oldular. Şuşanın alınmasında taborumuzun böyük xidməti olub. Laçın koridorunu saxlamaqla. Onun sayəsində oldu. Artıq müharibə bitib. Həyat davam etməkdədir. Ailədə yeni Arzu doğulub. Şahin dayısına isə bu günə şahidlik etmək qismət olmayıb. Amma əsgər məvacibindən ayırdığı muştuluq sahibinə yetişib. Bacısı uşağının dünyaya gəldiyin eşidəndə deyib ki, ata cibimdən 20 manat ayırıb, o biri cibimə qoyuram. Gələndə muştuluğunu verərəm. Verib gizirə ki, döyüşdən sonra alaram səndən. Həmin 20 manat sonradan gəlib çıxıb bizim evə.

Oxumağa dəyər:   "Özlərini ölülüyə vururdular, yaxına gələndə üstümüzə qumbara atırdılar"

Bu da bir əsgər hekayəsinin sonu. Kaş ki, bütün diləklərimiz ünvanınavaxtında yetişəydi!

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO

Multimedia 26/01/2021 17:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz

“Report”un Qərb Mərkəzinin müxbiri Vətən müharibəsində hər iki ayağından yaralanan qazi Qocayev Xəqani German oğlunla həmsöhbət olub.

Xəqani 1988- ci ildə Qərbi Azərbaycandan ailəsi ilə birgə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına başladıqdan sonra məcburi şəkildə öz dədə-baba torpaqlarından zorla qovulublar:

“O vaxt atamla qardaşım ermənilərə girov düşmüşdü. Qardaşımı atamın əlindən alıb işgəncələr veriblər. Onu körpə olanda ermənilər yerə çırpıb. Aldığı tranvalar nəticəsində qardaşım 28 yaşında vəfat etdi.

Ölkədə elan olunan qismən səfərbərlik çərçivəsində könüllü olaraq döyüşə gedən Xəqani bir müddət təlim keçdikdən sonra Füzulidən döyüşlərə başladığını deyir:

“Füzulidə 3-4 gün qaldıq. Əmr gəldikdən sonra biz gecəynən Şuşa-Xankəndi istiqamətinə getdik. Hardasa 13 saat yol getdik. Getdik Şuşa-Xankəndi istiqamətinə və orada mühasirəyə düşdük. Bizdən qabağda olan döyüş yoldaşlarımızın köməyə gəlməsi ilə mühasirəni yararaq Şuşa istiqamətində hərəkətə başladıq”.

Oxumağa dəyər:   "Elə peşələr var ki, 5 ildən sonra sıradan çıxacaq"

Vətən müharibəsi iştirakçısı, qazi X.Qocayev deyir ki, noyabrın 8-də Şuşaya doğru hrəkət etməyə başlayıblar. Bu zaman isə düşmən güclü həyəcan siqnalı veriblər: “Şuşa-Xankəndi-Daşaltı istiqamətində döyüşlərə başladıq. Düşmənin güclü həyəcan siqnalının ardınca bizi ağır ertileriya qurğularından və iri çaplı silahlardan atəşə tutudular”.

O əlavə edib ki, yaralı və şəhidlərin olmasına baxmayaraq “İrəli” əmri ilə düşmənin üstünə şığıyıblar:

“Qabağa getmək istəyirdim ki, arxadan güllə səsi gəldi. Ayağımda ağrı hiss etdim. Daş insanın ayağına dəyəndə necə ağrı hiss edirsə elə bir ağrı hiss etdim. Çöndüm baxdımki əclaf məni vurub. Nəsə deyirdi başa düşmək olmurdu. Elə fürsət yarandı ki, mən dönməyimlə bunu görüb vurdum, qisasımı aldım ondan. Bu yıxıldı yerə, həmin an məndə qəhramanlıq hissi yaranmışdı. Nəsə qabağa çöndüm axsıya axsıya biraz getmişdim ki, minamyot düşdü arxaya, məni üzü üstə çırpdı yerə sonra gördümki mən özümü hiss etmirəm, ayağımdan qan axdığını gördüm və bundan sonra huşumu itirmişəm”.

Oxumağa dəyər:   Ərdoğan hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək

Qeyd edək ki, X.Qocayev ailəlidir, 2 qızı var. Vətən müharibəsində hər iki ayağından yaralanan, Xəqani eyni zamanda bədəninin müxtəlif nahiyələrində bədənində bir neçə qəlpə də gəzdirir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi – VİDEO

Multimedia 26/01/2021 16:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə, təqribən, 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Cəbrayılın Karxulu kəndindən görüntülər – VİDEO

Multimedia 26/01/2021 11:22
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndindən videogörüntülər yayıb.

“Report” görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

Multimedia 26/01/2021 10:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. 




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

General Etibar Mirzəyev hadisə yerində – VİDEO

Multimedia 25/01/2021 22:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin Dövlətyarlı kəndi – Video

Multimedia 25/01/2021 20:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Dövlətyarlı kəndindən videogörüntülər yayıb. 

“Qafqazinfo” həmin görüntüləri təqdim edir: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xırdalandakı partlayışdan – Fotolar – VİDEO

Multimedia 25/01/2021 20:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Xırdalanda 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Hadisə yerindən fotoları təqdim edirik:





InstagramdaInstagramda izlə
Telegram-da izlə

250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video

Multimedia 25/01/2021 19:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

ETSN-dən “Qafqazinfo”ya bildirilib ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”, – deyə nazirlikdən bildirilib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Multimedia 25/01/2021 18:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gömrükçülər avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda “Renault” markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.

Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə – tiryək aşkar edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video

Multimedia 25/01/2021 17:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib. 

Müraciətdə deyilir:

“Dağlıq ərazilərdə yaşayan, eləcə də, dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən, dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.

Bildirilib ki, ilk baxışdan aldadıcı görünsə də, günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

Oxumağa dəyər:   Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq - VİDEO

Həmçinin, vurğulanıb ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin daha bir kəndindən videogörüntülər

Multimedia 25/01/2021 17:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Kürdlər kəndindən video yayımlayıb.

“Qafqazinfo” həmin görüntüləri təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda oğurluq edən dəstə tutuldu – Video

Multimedia 25/01/2021 17:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili işlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar.

Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 26/01/2021 18:57

Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video

Read more
Multimedia 26/01/2021 18:17

Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi – VİDEO

Read more
Multimedia 26/01/2021 17:47

Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 26/01/2021 17:27

Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq – VİDEO

Read more
Multimedia 26/01/2021 17:09

Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO

Read more
Multimedia 26/01/2021 16:20

Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi – VİDEO

Read more
Multimedia 26/01/2021 11:22

Cəbrayılın Karxulu kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 26/01/2021 10:27

Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

Read more
Multimedia 25/01/2021 22:12

General Etibar Mirzəyev hadisə yerində – VİDEO

Read more
Multimedia 25/01/2021 20:09

Füzulinin Dövlətyarlı kəndi – Video

Read more
Multimedia 25/01/2021 20:07

Xırdalandakı partlayışdan – Fotolar – VİDEO

Read more
Multimedia 25/01/2021 19:27

250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video

Read more
Multimedia 25/01/2021 18:34

Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Read more
Multimedia 25/01/2021 17:57

FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2021 17:17

Füzulinin daha bir kəndindən videogörüntülər

Read more
Multimedia 25/01/2021 17:02

Bakıda oğurluq edən dəstə tutuldu – Video

Read more
Multimedia 25/01/2021 15:52

Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri – VİDEO

Read more
Multimedia 25/01/2021 14:53

Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb – VİDEO

Read more
Multimedia 24/01/2021 23:37

Fərman buna görə gəmidə qalıbmış… – Video

Read more
Multimedia 24/01/2021 19:07

Bakıda yaşayış binasında yanğın – Video

Read more
Multimedia 24/01/2021 17:59

Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

Read more
Multimedia 24/01/2021 16:47

Qadağanın son günündə Ələt postunda tıxac – Video

Read more
Multimedia 24/01/2021 15:54

Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – Video + Fotolar

Read more
Multimedia 24/01/2021 12:42

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto

Read more
Multimedia 24/01/2021 11:34

Füzulinin Aşağı Veysəlli kəndi – Video

Read more
Multimedia 23/01/2021 17:57

Bu da Kəlbəcərin Qamışlı kəndi – Video

Read more
Multimedia 23/01/2021 17:19

Qubadlıda xidmət edən hərbçilərə ərzaq məhsulları göndərilib – VİDEO

Read more
Multimedia 23/01/2021 15:12

Ayaqqabısında qızıl sikkələr keçirən şəxs saxlanıldı – Video

Read more
Multimedia 23/01/2021 14:12

Cəbrayılın Aşağı Maralyan kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/01/2021 19:44

“Tik-Tok”da narkotiki təbliğ edən şəxs həbs olundu – Video

Read more
Multimedia 22/01/2021 17:02

Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/01/2021 15:44

Polislər karantini pozub məclis təşkil edib? – DİN-dən açıqlama – VİDEO

Read more
Multimedia 22/01/2021 15:22

Şahbaz Quliyevin anası vəfat etdi – VİDEO

Read more
Multimedia 22/01/2021 14:02

Sərhəddən 38 ədəd “iPhone 12” keçirmək istədi – Video

Read more
Multimedia 22/01/2021 13:37

Füzulinin Qarğabazar kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/01/2021 12:09

“Azərişıq”dan daha bir yenilik… – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla