Zərdab rayonunda iki nəfər babalarından miras qalan silahları polisə gətirərək təhvil veriblər.

Rayonun Bıçaqçı kənd sakini, 1971-ci il təvəllüdlü Bulud Nuruyev babasından qalmış qoşa lüləli və üzərində “Acer Bayard” sözləri yazılmış öv tüfəngini pulsuz olaraq şöbəyə təhvil verib.

Rayonun digər sakini, 1983-cü il təvəllüdlü Şaiq Musayev də babasından ona miras qalan “İJ” markalı tüfəngi könüllü olaraq polisə təhvil verib.

İstinadlar Qafqazinfo