Bakı Avrasiya Universitetinin (BAAU) “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrinə “Land Mark” hotelində turizmin inkişafında olan yeniliklərlə əlaqədar seminar-treninq keçirilib. 

Treninqdə BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakultəsinin dekanı Mütəllim Rəhimov, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri İlhamə Aslanova, eyni zamanda ixtisas müəllimləri Nizami Hüseynov və Vüsal Heydərov iştirak ediblər.

Görüş çərçivəsində hotelin İnsan resursları departamentinin rəhbəri Azad Əsgərov və Qida şöbəsinin meneceri Din Miya tələbələrə hotellərdə göstərilən xidmət və personal haqqında geniş məlumat verərək hotelin digər departamentləri və onlar arasında koordinasiyanın qurulması, hotel fəaliyyətinin marketinqi, həmçinin digər sahələr haqqında da fikir mübadiləsi aparıblar.

Tələbələrin fəal iştirakı, çıxışlarla əlaqədar verilən sualların müxtəlifliyi, hotel rəhbərliyinin gələcəkdə bu cür tədbirlərin davamlı keçirmək niyyətində olduqlarını bildirməsi ilə tədbir yekunlaşıb və yüksək peşəkarlıqla təşkil olunmuş “coffee break” əsnasında 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi ilə bağlı razılıq əldə olunub.



İstinadlar Qafqazinfo