Bakı Avrasiya Universiteti (BAAU) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul elan edir.

Universitetdə magistraturaya qəbul 7 ixtisas, 20 ixtisaslaşma üzrə aparılacaq. 2024/2025-ci tədris ilində universitetdə magistratura səviyyəsi üzrə 147 plan yeri ayrılıb.

BAAU-da 2024/2025-ci tədris ili magistratura səviyyəsində təhsil alacaq bakalavrlara xüsusi güzəşt təklif olunur. Təhsil haqqının 50 faizi qeydiyyat zamanı ödənilməklə, qalan hissəsi 2024-cü ilin dekabr ayının 20-dək ödənilə bilər.

BAU 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsində ixtisaslaşma seçimi iyunun 30-dək davam edəcək.

İstinadlar Qafqazinfo