Bu gün BAAU-nun yubiley tədbirlərinə yekun vurulub. 

Universitetin akt zalında keçirilən tədbirdə professor-müəllim heyətinin, tələbələrin mükafatlandırılması mərasimi keçirilib.

BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova universitetin bugünkü reytinqinin formalaşmasında, ali təhsil müəssisələri arasında qazandığı nüfuz və təhsil sferasında əldə etdiyi keyfiyyətə görə əməkdaşlarının xüsusi rolunun olduğunu bildirib. O, təhsilin bundan sonra da cəmiyyətin inkişafında müstəsna rolunu xatırladaraq müəllimlərin əməyinin hər zaman yüksək dəyərə malik olduğunu qeyd edib.

Daha sonra mükafatların təqdim edilmə mərasimi keçirilib. Əvvəlcə Təhsil Nazirliyi tərəfindən təltif edilən universitet əməkdaşlarına mükafatlar təqdim edilib. 

Sonra Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin əmri ilə təltif edilən universitetin əməkdaşlarına mükafatlar təqdim olunub.



İstinadlar Qafqazinfo