Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır.

Aparıcının yenidən televiziyaya qayıtması tamaşaçıları sevindirsə də, yeni görünüşü onları məyus edib. Belə ki, izləyicilər Samirə Mustafayevanın tanınmaz hala düşdüyünü və əvvəl daha gözəl olduğunu bildiriblər.

Qeyd edək ki, S.Mustafayeva sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.