Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev 89 yaşında vəfat edib.

Bu barədə AzTU-dan məlumat verilib.

Bildirilib ki, Ç.Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1991-ci ildə professor elmi adını alıb.

İstinadlar Report