Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) çərçivəsində keçirilən Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirməsi üzrə İşçi Qrupun (РГ МТК) 15-ci və Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın (НТКС) 69-cu müşavirələrində iştirak ediblər. 

 

Onlayn formatda təşkil olunan iclaslara Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər standartlaşdırma üzrə milli orqanların, habelə Standartlaşdırma Bürosunun nümayəndələri qatılıblar.

Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirməsi üzrə İşçi Qrupun (РГ МТК) 15-ci iclasında yeni “Bazalt və ondan hazırlanan məmulatlar” və “Süni intellekt” dövlətlərarası texniki komitələrinin (MTK) yaradılması, MTK reyestrinin aktuallaşdırılması, mövcud MTK-ların birləşdirilməsi, tətbiq sahələrinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

İstinadlar Report