Azərbaycanın qeyri-neft məhsullarının ixracının 50 %-i ənənəvi bazarlara, qalan hissəsi isə yeni bazarlara diversifikiasiya edilsə, biznes sektoru risklərdən qorunar.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, aqrar sahədə bazarların diversifikasiyasında ixrac qurumu olaraq bir sıra çətinliklərlə üzləşirik: “Çətinliklər sırasında məhsullarımızın yeni bazarlara hazır olmaması, beynəlxalq keyfiyyət sertifikatlarına uyğun olmamasıdır, bir sözlə bizim sahibkarlar ənənəvi bazarlarda işləməyə alışıb. Bu, sözsüz ki, bütün ixracatçılarımıza şamil edilmir”.

İstinadlar Report