Bu ildən “Made in Azerbaijan” əmtəə nişanından istifadə hüquqlarının tənzimlənməsi təmin ediləcək.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsəd beynəlxalq keyfiyyət tələblərinə cavab verən, ixraca hazır olan sahibkarların təşviqini “Made in Azerbaijan” brendi adı altında təşviq etməkdir: “Məqsəd budur ki, “Made in Azerbaijan”ı tanınan keyfiyyət nişanı kimi təbliğ edək. Buna baxmayaraq, ixraca yeni başlayan sahibkarlar kənarda qalmayacaq. Onların təkmilləşdirilməsi nəzərdə tutulur”.

İstinadlar Report