İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (Islamic Centre for Development of Trade – ICDT) nümayəndələri ilə görüş keçirilib.

Bu barədə AZPROMO-dan bildirilib.

Görüşdə Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisinin təşkil olunması, ICDT ilə əlaqələrin genişləndirilməsi, eləcə də inkişaf etməkdə olan Afrika ölkələrinin investisiyaların təşviqi üzrə agentliklərinin AZPROMO-nun təcrübəsini öyrənməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İstinadlar Report