AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Armen Qriqoryan: “İlin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var”
  • Azərbaycan “OPEC plus”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib
  • Rusiya neft hasilatını sutkada 500 min barel azaltmağı gələn ilin sonuna qədər uzadacaq
  • Himayəsində yaşadığı şəxsi bıçaqlayıb öldürüb: Saatlıdakı qətlin təfərrüatları
  • OPEC+ ölkələri 2024-cü il üçün hasilatın səviyyəsi ilə bağlı razılığa gəliblər
  • Yeni Nazirlər Kabinetinin ən gənc və yaşlı üzvü… – Biri 39, digəri 69
  • OPEC+ 2024-cü il üçün planlarını açıqlayıb
  • Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi bizə nəfəs kimi lazım idi”
  • İsrailin Baş naziri AEBA-nı İranla bağlı sərt tənqid edib
  • Ərdoğanla Stoltenberq nələrdən danışdılar?
  • Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi bizə nəfəs kimi lazım idi”
  • İsrailin Baş naziri AEBA-nı İranla bağlı sərt tənqid edib
  • Ərdoğanla Stoltenberq nələrdən danışdılar?
  • “Azəriqaz”ın budəfəki “Açıq mikrofon”u Xaçmazda qurulacaq
  • 30 il qabaq iyunun 4-də…
  • Paşinyana satqın deyən şəxs saxlanılıb, sakinlər polis idarəsinə toplaşır
  • Ukrayna ordusu cəbhənin bir sıra istiqamətlərində irəliləyib
  • Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
  • Şuşa atəşə tutuldu…
  • Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfərə dəvət edildi
  • Ukrayna: Rusiya Silahlı Qüvvələrinin ümumi itkisi 210 min nəfərə çatıb
  • Bakıda intihara cəhdin qarşısını alınıb
  • Ərdoğanın ən güvəndiklərindən biri, Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı – Hakan Fidan kimdir?
  • Prezidentlə xanımının Türkiyə səfərindən yeni – Fotoları
  • MKİ-nin sabiq rəhbəri: “Ukraynanın əks-hücumu çox güclü olacaq”
  • Rusiyada kitabların qiyməti kəskin artıb
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
20/03/2023 11:03
Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO
03/06/2023 23:11
“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video
03/06/2023 22:44
Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video
03/06/2023 18:50
Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO
03/06/2023 10:14
Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video
03/06/2023 01:02
İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO
02/06/2023 16:44
Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video
02/06/2023 15:32
Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video
02/06/2023 13:14
Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO
02/06/2023 11:16
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO
02/06/2023 00:02
Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video
01/06/2023 16:19
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video
01/06/2023 11:35
Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video
31/05/2023 17:46
Oğuza dolu düşdü – Video
31/05/2023 16:13
Buzovnada dənizkənarı yenidən hasarlandı – Video
30/05/2023 21:34
İshak Hersoqun qarşılanma mərasimindən – Video
30/05/2023 15:47

Video xəbərlər

  • Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video
  • Seldən qaçan el… – Video + Fotolar
  • Sinan Ogan 5 il sonra da… – Video
  • 87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video
  • Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

07/06/2023
10:32 Bakıda gözəllik salonunda qadınların çantasından oğurluq edilib
10:29 Maşınınızı tullantı kimi satsaz, nə qədər qazanacaqsız?
10:28 FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib
10:26 Evlənmək üçün qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı
10:25 Suzan Elliott: “Azərbaycan və Ermənistan arasında sülh bütün region üçün çox vacibdir”
10:23 Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 40,7 faiz artıb
10:14 Saxlanıldığı deyilən Ziyafət Abbasova dispanserdə imiş
10:08 İsmail Serageldin: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”
09:59 Qaxda yük avtomobili sel nəticəsində çayda batıb, sürücü xilas edilib
09:51 Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv olundu
09:46 Bu rayonlara leysan yağıb
09:44 Şuşada beynəlxalq konfrans işinə başlayıb
09:41 Şəkidə güclü külək binanın dam örtüyünü qoparıb, 5 avtomobilə ziyan dəyib
09:31 Kaxovka SES-in dağılması nəticəsində 7 nəfər itkin düşüb
09:29 Bakıda 15 yaşlı oğlan itkin düşüb
09:26 Neftçalada 46 yaşlı kişi qohumunun toyunda qəfildən ölüb
09:23 Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var
09:22 Toya gələn qonaq qəfil öldü
09:20 Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb
09:11 Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı
09:08 Şabranda yol kənarında silah aşkarlanıb
09:02 Masallıda evdən 10 min manatlıq oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb 
08:50 Ərdoğan Parlament sədrini də dəyişir
08:41 Moldovanın Baş naziri Türkiyə ilə əməkdaşlığı genişləndirməyə çağırıb
07:11 “Boeing” şirkəti “787 Dreamliner” təyyarəsində texniki qüsur aşkarlayıb
07:08 Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada öldü
06:53 “Boko Haram” silahlıları Nigeriyada 30 çobanı oğurlayıb
06:26 Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video
06:20 Maduro: “Türkiyə və Səudiyyə Ərəbistanındakı iş proqramımız uğur qazanıb”
05:44 Seldən qaçan el… – Video + Fotolar
05:41 Nyu-Cersinin keçmiş qubernatoru ABŞ prezidentliyinə namizədliyini irəli sürüb
05:11 Bakıda 25 yaşlı gənci avtomobil vurub
04:53 ABŞ generalı: “Ukrayna ordusu əks hücuma hazırdır, lakin müharibə uzun sürəcək”
04:37 Sinan Ogan 5 il sonra da… – Video
04:35 ABŞ-da atışmada 2 nəfər ölüb, 13 nəfər yaralanıb
03:26 ABŞ yaxın günlərdə və həftələrdə Ukraynaya yeni yardım paketləri hazırlayır
02:44 İsveç PKK tərəfdarını Türkiyəyə ekstradisiya edir
01:53 Seneqal diplomatik nümayəndəliklərini bağlayıb
01:17 Bəzi rayonlara leysan, Zaqatalaya dolu yağdı – Faktiki hava
00:56 BMT Baş katibi: “Kaxovka SES-in bəndinin dağıdılması Zaporojye AES üçün təhlükədir”
00:47 Mirzoyan Blinkenin köməkçisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib
00:23 Haaqada Rusiyanın BMT-nin sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb
06/06/2023
23:53 Qaxda güclü külək və leysan elektrik enerjisinin kəsilməsinə səbəb olub
23:46 Lənkəranda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən uzaqlaşıb
23:44 Mask artıq rəsmən tviterin direktoru deyil
23:32 Ailə və Gənclik Bankı qurulacaq – Ərdoğan
23:26 Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində dəyirmi masada iştirak edir
23:14 Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır
23:08 Ruslan Davıdov: “Gəncədə gömrük sahəsində müzakirələrin böyük əhəmiyyəti var”
22:41 Türkiyə Prezidenti: “Konstitusiyaya dəyişikliklə bağlı təklifi millətin ixtiyarına verəcəyik”
22:38 Ərdoğan Azərbaycan daxil olmaqla, andiçmə mərasimində iştirak edən ölkələrə minnətdarlıq edib
22:23 ‘2028-də Prezident olacağam’
22:11 BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib
21:41 Gəncədə MDB-nin Gömrük Xidməti Rəhbərləri Şurasına yeni sədr seçilib
21:38 Gəncədə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
21:13 Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin yenidən inteqrasiyasında qərarlıdır
21:11 Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesi çərçivəsində sülh sazişinin mətni üzərində danışıqlar aparılır”
20:50 Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istədi – Foto
20:44 Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib
20:41 AŞPA-nın həmməruzəçiləri Ermənistanın mina terroru barədə məlumatlandırılıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Multimedia 20/03/2023 11:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəhid ailələri və müharibə qazilərinə həmişə diqqət və qayğısı ilə seçilən “Azland plaza” şirkəti növbəti dəfə Novruz bayramı ərəfəsində sosial aksiyaya qoşulub.

Şirkət tərəfindən bayram münasibətilə Bakıda Birinci və İkinci Qarabağ müharibələri qaziləri və şəhid ailələri ilə görüş keçirilib, onlara bayram sovqatları paylanıb.

Tədbirdə çıxış edən “Azland” şirkətinin rəhbəri Bəhruz Tağıyev Vətənin çətin günündə canını sipər edən oğulların və onların ailə üzvlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, sosial qayğı ilə əhatə olunduqlarını dilə gətirib: “Mən “Azland Plaza” MMC-nin rəhbəri olaraq Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm, bol ruzi-bərəkət arzulayıram. Şirkətin fəaliyyətə başladığı dövrdən daim qazi və şəhid ailələrinə bacardığım qədər maddi və mənəvi dəstək olmuşam, əmək qabiliyyətini tam itirməyənləri işlə təmin etmişəm. Biz bu gün firavan həyat keçirməyimizə görə şəhidlərimizə, qazilərimizə  borcluyuq, bu səbəbdən onlara yardım etməyi özümə borc bilirəm. Allah onları qorusun! Bundan sonra da eyni tendensiya ilə davam edəcəyik. Bugünkü tədbirimizin məqsədi bayramqabağı az da olsa onları sevindirmək və fədarkarlıqlarına qiymət verməkdir. Allah Prezidentimizi qorusun, onun rəhbərliyi altında Müzəffər Ordumuz zəfər qazandı. Xalq olaraq birliyimiz bizi daim sarsılmaz edəcək”.

Oxumağa dəyər:   Bakıda intihara cəhdin qarşısını alınıb

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü Rey Kərimoğlu da göstərilən qayğı və diqqətə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün bayram ərəfəsində toplaşmışıq. “Azland plaza” şirkətinin dəstəyilə “Qarabağ Qaziləri” İB-nin Sabunçu rayon filialı tərəfindən bu məclis təşkil edilib. Biz də birliyimizin rəhbərliyi adından “Azland plaza” şirkətinə təşəkkür edirik. Bu şirkət həmişə qazilərə dəstək olub, kömək edib. Gördüyünüz kimi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qaziləri bir araya toplaşıb. Allah hər kəsin canını sağ eləsin, qazilərimiz, şəhid ailələrimiz başda olmaqla xalqımızın bayramı mübarək olsun!”

Tədbirdə çıxış edən qazilər həmişə şirkət rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. “Qarabağ qaziləri” İB-nin Nizami Rayon filialının sədr müavini Nicat Cəlilov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Azland plaza” şirkətinin rəhbərliyinə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm ki, qazilərə belə diqqət yetirirlər. Bəhruz müəllimin atası Qabil müəllim də qazi olub, mənim atam Kərim Cəlilovla döyüş yoldaşı olublar. Biz Vətən müharibəsinin iştirakçıları da onların yolu ilə gedirik”.

Oxumağa dəyər:   Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Digər bir Vətən müharibəsi qazisi Nurlan Məmmədov isə qazi yoldaşları ilə bu bayram ərəfəsində görüşə görə çox şad olduğunu ifadə edib: “Biz çox sevindik ki, qaziləri bu Novruz bayramı ərəfəsində bir yerə toplayıblar. Yığışdıq, bayramı bir yerdə keçirdik. Bizə diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Tədbirdə, həmçinin müharibədə müstəsna xidmətlər göstərmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Onların içərisində tibb işçiləri ilə yanaşı Azərbaycanda ilk tank taborunu yaradan Birinci Qarabağ müharibəsi qazisi Zahid Nəzərov da var.

Qeyd edək ki, “Azland plaza” MMC tərəfindən ümumilikdə 104 şəhid ailəsi və müharibə qazisinə bayram sovqatı təqdim edilib.










InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO

Multimedia 03/06/2023 23:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayır.

“Qafqazinfo” Prezidentin çıxışını təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video

Multimedia 03/06/2023 22:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli film hazırlayıb.

“Qafqazinfo” xəbər  verir ki, sənədli filmin müəllifi tanınmış telejurnalist Mübariz Əsgərovdur.

Filmin çəkilişləri işğal dövründə Şuşa şəhərində azərbaycanlı əsir və girovların saxlandığı, amansız işgəncələrə məruz qaldığı, həndəvərində kütləvi məzarlıq aşkar olunan Şuşa həbsxanasında aparılıb, filmdə əsir və girovluqdan azad edilənlər başlarına gətirilənlər, şahidi olduqları hadisələrlə əlaqədar dəhşətli faktlar açıqlayıb.

Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onundur və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. “İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filmində Ermənistanın beynəlxalq konvensiyalara, humanitar hüquqa, əsir və girovlarla rəftar qaydalarına zidd olaraq, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri faktlarla ifşa edilir.

“Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.

Oxumağa dəyər:   Əli Əsədov Türkiyənin sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür edib

Sənədli filmdə müəllif əminliyini bildirir ki, Ermənistan törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.

Filmdə mövzu ilə əlaqədar zəruri informasiya dəstəyinə, müvafiq köməkliyə və sənədlərlə tanışlıq üçün hərtərəfli şərait yaradılmasına görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına xüsusi təşəkkür edilir.

37 dəqiqəlik sənədli filmin ingilis və rus dillərinə də tərcüməsi nəzərdə tutulur.

Sğzügedən sənədli filmi təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video

Multimedia 03/06/2023 18:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı vaxtı ilə saat 19:00-da Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçiriləcək. 

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcək.

“Külliye”də Türkiyə Prezidenti İlham Əliyevlə görüşüb. Bu zaman salonu alqış sədaları bürüyüb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Multimedia 03/06/2023 10:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.

Xəbərə görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkum təyin olunmuş cəzanın 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəsisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şitkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dollar olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) alarkən cinayət başında yaxalanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib

C. Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video

Multimedia 03/06/2023 01:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gəncədəki Comərd Qəssab türbəsi günlərdir yağış və kanalizasiya sularının ortasında qalıb. Abidənin içərisində də qalın palçıq təbəqəsi yaranıb.

Gəncə şəhər Sukanal İdarəsindən mövcud vəziyyətə səbəb həmin ərazidə yağış suları üçün drenaj sisteminin olmaması bildirilib. 

Məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən də münasibət bildirilib. Qurumun rəsmisi Fariz Hüseynli deyib ki, türbənin ətrafına yağış nəticəsində yığılan suyun təmizlənməsi və nəticələrinin aradan qaldırılması, eləcə də abidənin mühafizəsi istiqamətində əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, VII əsrdə Gəncə şəhərində yaşamış və xalqın rəğbətini qazanmış Comərd Qəssabın məzarüstü türbəsi 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən xüsusi layihə əsasında bərpa olunub və dövlət tərəfinfən qorunan abidələr siyahısına daxil edilib.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO

Multimedia 02/06/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadisəsi ilə bağlı açıqlama verib.

Laf TV-yə telefon bağlantısı ilə qoşulan İ.Məmmədov hadisənin 2020-ci ilin yanvar ayında baş verdiyini deyib.

O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyin deyib: “Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib”.

İ.Məmmədov əlavə edib ki, həmin şəxs qadın deyil, kişidir: “Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb”.

Oxumağa dəyər:   Armen Qriqoryan: "İlin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var"

Millət vəkili şantaja əl atmış şəxsin əlində hər hansı ifşaedici foto və ya məlumatın olmadığını bildirib.

“Qafqazinfo”nun apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, millət vəkilinin oğlunu şantaj etdiyinə görə həbs edilən şəxs 1992-ci il tarixdə Bakıda anadan olmuş, ailəli, ali təhsilli Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan R.Ə.Quliyevdir. O, 1984-cü il təvəllüdlü Nəzrin Məmmədli adı ilə saxta profillər açaraq İqbal Məmmədovun oğlu Mirhəmin Nərimanlını şantaj edib.

Qeyd edək ki, bu gün “Qafqazinfo”da yayımlanan xəbərdə də Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Ə.Quliyevin 2022-ci ildə həbs olunduğu, daha sonra şərti cəza ilə azadlığa buraxıldığı qeyd olunmuşdu. Bu ilin may ayının 18-də isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, yenidən məhkəmə zalındaca həbs edilib.

Belə ki, apellyasiya instansiyası təqsirləndirilən şəxs barəsindəki 3 il həbs hökmünü bərpa edib. R.Ə.Quliyevin 2022-ci ildə bu cinayət işi üzrə həbsdə saxlanıldığı 1 ay 28 gün cəzasından çıxılıb. 

Oxumağa dəyər:   Bakıda xeyriyyə tədbirində Argentina mədəniyyəti təqdim olunub

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video

Multimedia 02/06/2023 15:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. 

Suraxanı rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib. Obyekt sahibinə sudan qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə, o qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq suyu talamaqda davam edib.

Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində qum bazarı və istixanada da sudan qanunsuz istifadə halı aşkarlanıb. Sahibkar əhalini içməli su ilə təmin edən əsas xəttə birləşmə verərək, obyektlərin suya olan tələbatını ödəyirmiş. Oxşar fakt Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 ünvanında yerləşən kafedə də aşkarlanıb. Kafe sahibi obyekti çən vasitəsilə su ilə təmin etdiyini bildirib. Lakın araşdırmalardan məlum olub ki, yaxınlıqdan keçən şəbəkədən həm çənə, həm də obyektin özünə qanunsuz su xətti çəkilib. Oqtay Şabanov küçəsində yerləşən toyuq və balıq məhsullarının qurudulması sexində su sayğacı olmasına baxmayaraq, sayğacdankənar xəttdən istifadə edildiyi aşkar olunub. Əraziyə dəvət olunan qəza briqadası tərəfindən qeyri-qanuni birləşmələrin hamısı kəsilərək, ləğv edilib.

Oxumağa dəyər:   30 il qabaq iyunun 4-də...

Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817, Suraxanı rayonunda isə 133 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

 




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Multimedia 02/06/2023 13:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanla Qazaxıstan arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.

Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO

Hadisə 02/06/2023 11:16
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb.

Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, K.İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.

Oxumağa dəyər:   Yeni Nazirlər Kabinetinin ən gənc və yaşlı üzvü... - Biri 39, digəri 69

Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

Multimedia 02/06/2023 00:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İranın mədəni irs və tarixi abidələr qurumunun laqeydliyi səbəbindən Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası məhv olmaq təhlükəsi ilə üzləşib.

Bu barədə Gunaz-tv məlumat yayıb.

Bildirilib ki, bu qədim tarixi qalanın 6 000 il yaşı var. Mütəxəssislərin sözlərinə görə, müasir dövrdə belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilir, buraya turistlərin cəlb edilməsi üçün tədbirlər görülür.

Onların fikrincə, fars olmayan millətlərinin tarixinə etinasız yanaşan Tehran rejiminin bölgəki təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənar qoyublar.

Bildirilib ki, abidə Urartu dövründə tikilib və həmin ərazidə 22 qalanın qalıqları var.

Tarixi məlumatlara əsasən, Yaldur qalası Asuriya kralı II Sarqonun hücumu nəticəsində dağılıb. Rusiyalı şərqşünas Vladimir Minorski orada yerləşən Mandaqarna atəşgahının da Urartu dövründə gil kərpicdən tikildiyini və qala kompleksinə daxil olduğunu yazıb. V.Minorski hesab edir ki, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.

Oxumağa dəyər:   Anasını və qardaşı arvadını bıçaqlayan şəxs saxlanıldı

Xatırladaq ki, Mərənd bölgəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində yerləşir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video

Multimedia 01/06/2023 16:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Milli və müassir ətirləri ilə diqqətçəkən Mugham Parfume Evi yeni növ məhsulunu – ətirli şam kolleksiyasını təqdim edib.

Fransanın Qras şəhərində eynilə parfümlərdə olduğu kimi “Humayun”, “Segah”, “Chahargah”, “Shur”, “Bayatı-Shiraz”, “Shushtar”, “Rast” və “Karabakh Bouquet – 1752” adlı şamlar hazırlanıb.

Şamların hər biri çəkisi 180 qram olmaqla, brendin loqosu olan nəfis karton qablaşdırmadadır. Seçilən fransız sənətkarları tərəfindən yaradılan şamlar ən yüksək standartlara cavab verən sertifikatlaşdırılmış lüks üzvi maddələrdən ibarətdir.

Ən önəmlisi isə Qarabağın özünəməxsus çiçək notları – ağac, müşk, vanil və digər şərq inqrediyentlərinin ahəngindən hazırlanıb. Ətirli şamlar 50 saata qədər yanaraq xoş atmosfer yaradır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video

Multimedia 01/06/2023 11:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaratmışdı.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video

Multimedia 31/05/2023 17:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 31-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.

Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.

Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Oğuza dolu düşdü – Video

Multimedia 31/05/2023 16:13
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Oğuz rayonuna güclü dolu düşüb.

Rayon ərazisində günorta saatlarından etibarən başlayan yağış daha sonra dolu ilə müşaiyət olunub.

Bölgədə qeyri-sabit hava şəraiti hələ də davam edir.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Buzovnada dənizkənarı yenidən hasarlandı – Video

Multimedia 30/05/2023 21:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Buzovna qəsəbəsi, Zuğulba adlanan ərazidə çimərliyin sahilyanı ərazisi hasarlanıb.

Sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirlər.

Onlar deyir ki, hər dəfə bura gələndə qayaların üzərindən keçmək məcburiyyətində qalırlar.

“Xəzər Xəbər” mövzu ilə bağli ötən gün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, qeyri-iş günü olduğu üçün bu gün açıqlama veriləcəyi bildirilib.

Bu gün isə İcra Hakimiyyəti sorğunu yenə cavablandırmayıb.

Sakinlər ümid edir ki, onların gediş-gəlişinə mane olan hasar  sahildən söküləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İshak Hersoqun qarşılanma mərasimindən – Video

Multimedia 30/05/2023 15:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycana rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İshak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İshak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.

“Qafqazinfo” rəsmi qarşılanma mərasiminin görüntülərini təqdim edir:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 03/06/2023 23:11

Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO

Read more
Multimedia 03/06/2023 22:44

“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video

Read more
Multimedia 03/06/2023 18:50

Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video

Read more
Multimedia 03/06/2023 10:14

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Read more
Multimedia 03/06/2023 01:02

Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video

Read more
Multimedia 02/06/2023 16:44

İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO

Read more
Multimedia 02/06/2023 15:32

Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video

Read more
Multimedia 02/06/2023 13:14

Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Read more
Hadisə 02/06/2023 11:16

Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO

Read more
Multimedia 02/06/2023 00:02

Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

Read more
Multimedia 01/06/2023 16:19

Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video

Read more
Multimedia 01/06/2023 11:35

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video

Read more
Multimedia 31/05/2023 17:46

Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video

Read more
Multimedia 31/05/2023 16:13

Oğuza dolu düşdü – Video

Read more
Multimedia 30/05/2023 21:34

Buzovnada dənizkənarı yenidən hasarlandı – Video

Read more
Multimedia 30/05/2023 15:47

İshak Hersoqun qarşılanma mərasimindən – Video

Read more
Hadisə 30/05/2023 13:14

Kəmaləddin Heydərov BƏƏ-nin nümayəndə heyəti ilə görüşüb – VİDEO

Read more
Multimedia 30/05/2023 12:04

“Azərişıq” Zodda 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı – Video

Read more
Multimedia 29/05/2023 23:44

“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıtdı… – Video

Read more
Multimedia 29/05/2023 21:41

Laçının möhtəşəm gecə görüntüsü – Video

Read more
Multimedia 29/05/2023 11:43

“Sıx yumruğun, ey qoca türk!” – Video

Read more
Multimedia 29/05/2023 03:23

Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib – VİDEO

Read more
Multimedia 29/05/2023 00:59

“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu

Read more
Multimedia 28/05/2023 22:07

Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti olub – VİDEO

Read more
Multimedia 28/05/2023 21:53

Ərdoğan sevincini mahnı ilə bildirdi – Video

Read more
Multimedia 28/05/2023 21:38

Ərdoğan xalqa müraciət edir – Canlı – VİDEO

Read more
Multimedia 28/05/2023 18:02

Məktəbdə siçana görə səsvermə dayandırıldı – Video

Read more
Hadisə 27/05/2023 13:43

Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub – VİDEO

Read more
Multimedia 27/05/2023 11:05

Bulvarda batan gənc belə xilas edildi – Video

Read more
Multimedia 27/05/2023 10:26

Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar – VİDEO

Read more
Multimedia 26/05/2023 16:55

Narkoloji Dispanserdəki videogörüntülərlə bağlı açıqlama – Video+

Read more
Multimedia 26/05/2023 14:32

Narkoloji Dispanserdə pulla arayış verilir? – Video

Read more
Hadisə 26/05/2023 12:43

Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO

Read more
Hadisə 26/05/2023 11:12

AFAD nümayəndələrinin iştirakı ilə FHN-də təlim keçirilib – VİDEO

Read more
Multimedia 26/05/2023 11:10

İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO

Read more
Xəbər 26/05/2023 10:28

Snayperlərimizin təlimindən – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla