İyunun 3-də Quba rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq.

Məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının dəstəyi ilə baş tutacaq tədbirdə Mərkəzin operatoru olduğu Azexport portalının iş prinsipi və portalın xarici bazarlara çıxış üçün təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə iştirakçılara “Amazon”, “eBay”, “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, həmçinin “Payoneer” beynəlxalq ödəniş sistemindən istifadəyə dair praktik nümunələr üzərindən zəruri məlumatlar təqdim olunacaq.

İstinadlar Report