Bu ilin yanvar-noyabr aylarında “Azexport” portalına 424,5 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

Bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın dekabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % azdır.

Təkcə ötən ay isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 30,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 16,6 % çoxdur.

Ay ərzində ixrac sifarişlərində tütün, şərab, kərə yağı, qarğıdalı yağı, şəkər, fındıq ləpəsi, qara çay, kosmetik vasitələr, boya və s. məhsullar üstünlük təşkil edib.

İstinadlar Report