Azad Azərbaycan Televiziyasının (ATV) tanınmış aparıcısı Lalə Azərtaş da ianə kampaniyasına qoşulub.

Tanınmış teleaparıcı, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 manat ianə edib.

L.Azərtaş, indiki şəraitdə həyatlarını təhlükəyə ataraq, fəaliyyət göstərən şəxslərə, o cümlədən tibb işçilərinə öz təşəkkürünü çatdırıb.

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirir.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.