Dünyada hökm sürən vəziyyətə baxmayaraq, “Azərsun Holdinq” istehsal etdiyi məhsulların – şəkərin, yağın xammallarını gətirə bilir.

Bunu “Report”a Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumunda iştirak edən “Azersun Holding”ın baş icraçı direktoru Savaş Uzan bildirib.

S.Uzan qeyd edib ki, şirkət olaraq gözləntiləri dünyada baş verəcək hadisələrlə bağlıdır: “Məlum olduğu kimi, Rusiya və Ukrayna arasındakı müharibə dünyada onsuz da yüksək olan qiymətlərə daha ağır zərbə vurub. Dünyada neftin qiymətinin yüksəlməsi, logistika problemləri, xammalın bahalaşması ərzaq qiymətlərinə birbaşa təsir göstərib. Xüsusilə də, müharibənin başlaması ilə dünya ölkələrinin ixracata qoyduqları qadağalar da əlavə problem olub. Amma şükürlər olsun ki, dünyada hökm sürən vəziyyətə baxmayaraq, biz “Azərsun Holdinq” olaraq istehsal etdiyimiz məhsulların – şəkərin, yağın xammallarını gətirə bilirik”.

S.Uzan şəkər nümunəsi əsasında regiondakı vəziyyəti də şərh edib:

İstinadlar Report