Avqustun 17-də”Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Qusar şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Qusar və Quba Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

 

 

İstinadlar Qafqazinfo