
Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb.
Bu barədə “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.