Nazirlər Kabineti “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin, strukturunun və işçilərinin say həddini təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.

Cəmiyyət silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirən, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirən kommersiya hüquqi şəxsdir. Cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

İstinadlar Qafqazinfo