İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ləğv prosesində olan Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” ASC-nin balansında olan 3 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır.

Məlumata görə, hərrac dekabrın 25-də, saat 11:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, şirkətin hesabına beh ödəməlidir.

İstinadlar Report