Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə (“Azərsığorta” ASC) məxsus 14 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 8 sifariş qəbul edilib, ilkin qiyməti 32 250 manat olan 14 avtomobil 32 930 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/449m5no linki vasitəsilə tanış olmaq mümkündür.
Bövbəti hərraclar 8, 22 və 24 apreldə keçiriləcək. Hərraclara bir səhmdar cəmiyyətinin səhm paketi, nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılacaq.