Bu ilin yanvar-oktyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 46 ölkəyə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayında bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə çox və 5,6 milyon ABŞ dolları (25,8 %) azdır.

“Azərkosmos”un 10 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

İstinadlar Report