2022-ci ildə “Asan Xidmət”lə İş Departamenti tərəfindən “ASAN Xidmət”, “ASAN Kommunal” və elektron qaydada 30 4426 vətəndaşa xidmət göstərilib.

Bunu “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov bu gün keçirilən mətbuat konfransında deyib.

İ Yusifovun sözlərinə görə, ötən il “Azərişıq” ASC-yə “ASAN Xidmət”, “ASAN Kommunal” və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə 53 minə yaxın müraciət daxil olub: “Bunlardan 45 544 əhali, 7 039 qeyri-əhali müraciətidir. Elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması 2021-ci illə müqayisə etdikdə 80 % artım müşahidə olunub.

EMIOS vasitəsi ilə “ASAN Xidmət” və “ASAN komunal” mərkəzlərində “Azərişıq” 17 növ üzrə xidmət göstərir”.

“Azərişıq” rəsmisi cari il üçün xidmətlər üzrə statistikanı nəzərə catdırıb: “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə 45 544, borcun olmaması (və ya olması) barədə sənədin verilməsi 8 300, əhali istehlakçısının ad dəyişdirilməsi üçün 50 792 müraciət icra edilib.

Qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi üçün 4 800, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi üçün 4 604, smart kartların bərpası və yenisinin verilməsinə görə 13 848, abonentin geniş tarixçəsinin verilməsi üçün 104 688 müraciət icra edilib.

Bundna əlavə qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə 7 039, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu üçün 22 109, smart karta ödənişin yüklənməsinə görə 24 463, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün 506 müraciətə baxılıb”.

İstinadlar Report