
“Azərişıq” ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib.
Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılar “199” Çağrı Mərkəzinə və qurumun rəsmi facebook, instaqram səhifələrimizə müraciət edə bilər. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.