AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Tramp Baydenin siyasətini kəskin tənqid edib
  • Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
  • Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
  • İran ABŞ və Avropanın təklifini rədd etdi
  • Britaniyada koronavirusun “Braziliya” ştammı aşkarlanıb
  • Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib
  • Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub
  • Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu
  • Rusiyada dörd nəfərdən ibarət ailə qətlə yetirilib
  • Aİ Prezidenti Gürcüstandadır
  • Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
  • İran ABŞ və Avropanın təklifini rədd etdi
  • Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub
  • Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu
  • Aİ Prezidenti Gürcüstandadır
  • Samuxda 2 nəfər bıçaqlanıb
  • “Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər
  • Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb
  • Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub
  • Teledərslərin martın 1-nə olan cədvəli
  • Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
  • Zəngilanla bağlı reportaj Fransa portalında
  • “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”
  • Paşinyandan sərəncamını geri qaytaran Prezidentə sərt sözlər
  • Səfir Qüdsi Osmanov Moldova mediasında Xocalı ilə bağlı məqalə ilə çıxış etdi
  • Martın 1-dən məktəblər bağlanır? – Nazirlikdən açıqlama
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Azərişıq”dan daha bir yenilik… – Video
22/01/2021 12:09
Xocavəndin Çiraquz kəndi – VİDEO
28/02/2021 18:42
Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO
28/02/2021 18:04
Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər
28/02/2021 12:57
Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO
28/02/2021 01:07
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video
27/02/2021 16:57
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video
27/02/2021 16:42
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video
27/02/2021 16:07
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO
27/02/2021 15:12
“Alı” ləqəbli narkotacir saxlanıldı – Video
27/02/2021 13:44
Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO
27/02/2021 13:42
Ermənilərin Xocavənddə atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO
27/02/2021 13:27
Əfəndilər kəndindən görüntülər – Video
27/02/2021 10:47
ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO
27/02/2021 08:07
Şuşada bir dəqiqəlik sükut… – Video
26/02/2021 19:42
Şəhid ailələrinə verilən binadan reportaj – Video
26/02/2021 18:37
“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video
26/02/2021 17:57

Video xəbərlər

  • Xocavəndin Çiraquz kəndi – VİDEO
  • Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO
  • Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər
  • Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO
  • Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

01/03/2021
03:52 Tramp Baydenin siyasətini kəskin tənqid edib
03:17 Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
02:37 Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
01:42 İran ABŞ və Avropanın təklifini rədd etdi
00:47 Britaniyada koronavirusun “Braziliya” ştammı aşkarlanıb
00:32 Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib
28/02/2021
23:50 Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub
23:44 Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu
23:42 Rusiyada dörd nəfərdən ibarət ailə qətlə yetirilib
23:17 Aİ Prezidenti Gürcüstandadır
23:12 Samuxda 2 nəfər bıçaqlanıb
22:42 “Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər
21:54 Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb
21:52 “Meyvəli”də yanğın olub
21:37 Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub
21:02 Teledərslərin martın 1-nə olan cədvəli
20:49 Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
20:47 ABŞ sakini öldürdüyü insanın ürəyindən yemək hazırladı
20:17 Zəngilanla bağlı reportaj Fransa portalında
20:07 Bərdədə ağır yol qəzası oldu – Ölənlər və yaralananlar var
19:52 “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”
19:44 Paşinyandan sərəncamını geri qaytaran Prezidentə sərt sözlər
19:42 Səfir Qüdsi Osmanov Moldova mediasında Xocalı ilə bağlı məqalə ilə çıxış etdi
19:42 ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub
19:32 “General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər
19:28 Martın 1-dən məktəblər bağlanır? – Nazirlikdən açıqlama
19:12 Paşinyanın partiyası prezidentin impiçmenti məsələsini qaldırdı
18:47 Myanmada 17 nümayişçi öldürülüb
18:42 Xocavəndin Çiraquz kəndi – VİDEO
18:04 Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO
17:55 Rusların sistemi 1 saat da “Bayraktar”ı dayandıra bilmədi
17:12 Üzərindən telefon tapıldı, imtahandan xaric edildi
16:42 “Azərişıq”dan smart kart ödənişi ilə bağlı yayılan iddialara – Reaksiya
16:09 Magistraturaya qəbul imtahanı başa çatdı
16:05 İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
15:58 İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürürmüş…
15:37 Tovuzda ev yanıb, xəsarət alan var
15:27 İraqda 6 hərbçi minalanmış avtomobilin partlayışı zamanı həlak olub
15:00 Yoluxanların sayı sağalanları ötdü – 28 fevral
14:57 Leyla Abdullayeva: Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir
14:52 Paşinyan Ermənistanda demokratiyanı küçədə müdafiə edəcək
14:34 Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
14:32 Somali ordusu rəhbərinin müavininə sui-qəsd cəhdi olub, ölənlər var
14:12 “Qocalar evi” və sığınacağın sakinləri də vaskinasiya olunur
13:47 ABŞ-da partlayış törədilib, xəsarət alanlar var
13:37 Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
13:17 XİN: Sumqayıt hadisələri Azərbaycana planlaşdırılmış təxribat idi
13:07 Azərbaycanda neçə nəfər vaksinasiya olunub?
12:57 Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər
12:47 Ağdamda əsgərimiz nə səbəbdən ölüb? – MN-dən açıqlama
12:32 AZAL-da iki aydır maaş niyə verilmir?
12:27 Nazirlik müharibədən sonra gördüyü işləri açıqladı
12:17 Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb
12:12 Sabah hava necə olacaq?
11:32 İntihar edən tələbə ilə bağlı açıqlama
10:57 Gəncədə avtoxuliqanlar həbs edildi
09:42 Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
09:32 O gündən bir il keçir…
09:22 Bu gün magistraturaya qəbul imtahanı keçirilir
08:22 Meksikada silahlı hücum zamanı 11 nəfər həlak olub

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Azərişıq”dan daha bir yenilik… – Video

Multimedia 22/01/2021 12:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti yeni ildən daha bir uğurlu layihəyə start verib.Nformasiya Texnologiyalarının Paylayıcı Şəbəkələrdə tətbiqi sahəsində dünyada müasir trendlərdən olan 3D – mobile mapping texnologiyası Elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, analizi və planlanmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün artıq istifadəyə verilib.

Yeni texnologiyanın tətbiqi ilə şəbəkədə mövcud olan cihaz və avadanlıqların yerləşdiyi ərazinin 3D – multi-direktoriya formatında scan olunması həyata keçirilməklə, müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin, transfarmatorların, dayaqların, sayğaclar və onlara gədər olan ötürücü naqillərin yerləşdiyi ərazinin virtual xəritəsi relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir. Bu texnologiya sayəsində mövcud şəbəkədə olan elementlər və onların yerləşdiyi ərazi haqqında müfəssəl məlumatlar Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə ötürülərək, əraziyə getmədən, 3D – smart xəritə üzərində infrastrukturun dəqiq öyrənilməsinə geniş texniki-iqtisadi şərait yaradır.

Bununla yanaşı elektrik şəbəkəsinin mövcud olmadığı ərazilər 3D – Mobile mapping texnologiyası ilə scan olunan ərazi 0.5 sm dəqiqliklə öyrənilərək mərkəzi sistemdə 3D smart xəritəyə ötürülür, həmin ərazi üzrə elektrik ötürücü xətlərin çəkilməsi də, relyef xüsusiyyətlərini özündə əks etdirən 3D xəritədə virtual şəkildə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən dəqiq planlama aparmasına imkan verir.

Oxumağa dəyər:   Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb

Üstünlükləri

– Elektrik xətlərinin keçdiyi ərazi 3D formatda scan olunaraq mövcud qüsurların görülməsi.
– Rayon elektrik şəbəkələrinin virtual 3D xəritəsinin yaradılması
– 3D mobil xəritə üzrəində ərazinin küçə adları və koordinatları ilə tapilması
– Qəza hallarında əraziyə getmədən qəza yerinin təyin edilməsi
– Elektrik şəbəkə elementlərinin inventarlaşdırılması
– Perspektivdə nəzərdə tutulacaq ərazinin dəqiq planlanması
Bunula yanaşı 3D mobil mapping texnologiyasından istifadə bir çox texnoloji yeniliklərə malikdir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocavəndin Çiraquz kəndi – VİDEO

Multimedia 28/02/2021 18:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Xocavənd rayonunun Çiraquz kəndindən videogörüntülər paylaşıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO

Xəbər 28/02/2021 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.

Bu, SUNGUR yaxın mənzilli zenit-raket kompleksidir. “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin  başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.

Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək. “Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb. Videogörüntülərə əsasən SUNGUR yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb.

Bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan “Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.

Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə SUNGUR komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV “yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.

Qeyd edək ki, SUNGUR yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan “OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş variant) gələcəkdə əvəz etmək üçün ideal vasitədir.

FacebookƏ
İstinadlar virtualaz
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

Multimedia 28/02/2021 12:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər paylaşıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO

Multimedia 28/02/2021 01:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Füzuli şəhərində beynəlxalq aeroportun tikintisinə başlanılıb və artıq payızda onun istismara verilməsi planlaşdırılır.

Bu, dağıdılmış yaşayış məskənlərinin, o cümlədən Şuşa şəhərinin bərpasını sürətləndirəcək.

Ərazidə eyni zamanda iki avtomobil yolu inşa olunur. Füzuli aeroportu ən ağır hava maşınları da daxil olmaqla, bütün təyyarə növlərini qəbul etməyə qadir olacaq və artıq beynəlxalq indekslər kataloquna daxil edilib.

“Azəraeronaviqasiya” müəssisəsinin Hava Hərəkətinə Nəzarət idarəsinin direktoru Fərhan Quliyev bu hava limanının bölgənin, xüsusən də Şuşanin turizm potensialını üzə çıxaracağını, bununla yanaşı bölgənin iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Multimedia 27/02/2021 16:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın Sünik vilayətinin Kapan şəhərində müxalifətin mitinqi başlayıb.

Aksiyanın 2 minə yaxın iştirakçısı Baş nazir Nikol Paşinyanın dərhal istefasını tələb edir. Müxalifət tərəfdarları onu xəyanətdə, müharibədə məğlubiyyətdə və bütövlükdə regionun və ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video

Multimedia 27/02/2021 16:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ayın 24-də səhərə yaxın tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, 12 saat dayanmadan qar yağdığını nəzərə almaq lazımdır:

“Küçəni təmizləyirdilər, 1-2 saatdan sonra həmin küçəyə yenidən qayıtmalı olurdular. Biz öz zəif yerlərimizi də gördük. Ancaq hesab edirəm ki, kommunal xidmət öz vəzifəsinin öhdəsindən gəldi.

Bakıda beş minə qədər küçə mövcuddur. Bu beş min küçəni eyni anda qardan təmizləmək mümkün deyil. Bu proses qrafik əsasında həyata keçirildi”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video

Multimedia 27/02/2021 16:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır”. 

Bu sözləri Prezident İlham Əliyev ötən gün yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var:

“Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO

Multimedia 27/02/2021 15:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İspaniyanın “La Vanguardia” qəzetinin əməkdaşının sualını cavablandırarkən deyib.

“Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə hər hansı məhdudiyyət qoymuruq. Rus dili Azərbaycanda bildiyiniz kimi, çox geniş istifadə edilir. Bu gün bizdə sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda isə neçə belə məktəb var? Sıfır. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar civarındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdılar. Bu, hədiyyə və ya dırnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdaşa qarşı onlar ayrı-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yeni qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər.

Oxumağa dəyər:   "Azərbaycan "Qafqazın əjdahası"na çevrilib"

Gələcəyə gəldikdə, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir, bizim bütün dövlət universitetlərində rus bölmələri var. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.

Mənim müxtəlif xarici dil biliklərimə dair komplimentinizə görə təşəkkür edirəm. Bəli, mən xarici dilləri öyrənmişəm və hər zaman bunu daha tez-tez istifadə etmək mənə xoşdur”, – dövlət başçısı bildirib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Alı” ləqəbli narkotacir saxlanıldı – Video

Multimedia 27/02/2021 13:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.

Qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

Özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Oxumağa dəyər:   Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO

Multimedia 27/02/2021 13:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bosniya və Herseqovinanın “O Kanal” telekanalının çəkiliş heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.

“Report”un məlumatına telekanalın əməkdaşı “Qafqazın Hirosiması” kimi adlandırıdğı Ağdam barədə reportaj hazırlayıb.

Reportajda vurğulanıb ki, ətraf düzənliklər minalanıb: “Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi. Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız “Cümə məscidi” istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi. 1992-ci ildə Xocalı soyqırımı kimi məşhurlaşımış qırğın zamanı 613 nəfər həlak olub. Fevralın 26-da bu hadisənin 29 ili tamam olub”.

Qeyd olunur ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu: “Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq. Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ermənilərin Xocavənddə atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

Multimedia 27/02/2021 13:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xocavənd rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əfəndilər kəndindən görüntülər – Video

Multimedia 27/02/2021 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndindən video yayıb. 

“Qafqazinfo” həmin görüntüləri təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO

Multimedia 27/02/2021 08:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vaxtilə Xocalıdan məcburi köçkün düşmüş, hazırda isə ABŞ-ın Kaliforniya ştatında yaşayan və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü olan Anar Usubov amerikalı bloger Sandra Stringerlə Xocalı hadisələri və İkinci Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb.

Baku TV həmyerlimizin amerikalı fəalla söhbətini təqdim edib.

O, bildirib ki, faciəli hadisələr zamanı cəmi 8 yaşı olmasına baxmayaraq, həmin dəhşətləri yaxşı xatırlayır və qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss etməkdədir.

“Düzü, ötən ilin ortalarında, hələ müharibə başlamazdan əvvəl mənim öz torpaqlarımızı geri qaytaracağımıza heç bir ümidim yox idi. Üstündən 30 il keçib. Amma sonradan baş verənlər göstərdi ki, Azərbaycan heç zaman öz əzəli torpaqları üzərindəki suveren haqlarından imtina etməyib. Bizim qələbəmizdə Türkiyənin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstəyin rolu danılmazdır. Hərçənd, ermənilər döyüşlərdə türk hərbçilərinin iştirakını iddia etsələr də, buna dair heç bir sübut təqdim edə bilməyiblər.

Oxumağa dəyər:   "Azərbaycan "Qafqazın əjdahası"na çevrilib"

Bizimlə qarşı-qarşıya döyüşlərdə uduzduqlarını görən ermənilər dinc sakinlərin yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutublar. Onlarla mülki əhalini öldürüblər. Bu baş verənlər mənə uşaqlıqda yaşadığım dəhşətləri xatırladırdı. İndi bütün məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşayır. Bunun dəqiq nə vaxt baş verəcəyini isə hələ ki bilmirik”, – deyə A.Usubov bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin bir çoxu torpaqlarımızın azad olunacağı günü görmək arzusu ilə vəfat edib. Lakin onun ən böyük xoşbəxtliyi məhz bu günləri gözlərilə görməkdir. Belə ki, bu xoşbəxtlik heç də hər kəsə nəsib olmayıb.

“Bu günləri gördüyüm üçün özümü bəxtəvər hesab edirəm. Lakin bir daha müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm. Əgər bölgədə yenidən qarşıdurma baş verərsə, bunun sonu olmayacaq. Düşünürəm ki, biz hamımız yeni savaşın qarşısını almaq üçün bütün gücümüzü səfərbər etməliyik”, – deyə keçmiş Xocalı sakini qeyd edib.

Oxumağa dəyər:   Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var

Sonda onu da bildirək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi bu müsahibəni bir çox yerli Amerika təşkilatları və aidiyyəti qurumlarla bölüşüb. Həmçinin Xocalı qətliamının ildönümü ilə bağlı bu təşkilatlara əlavə məlumatlar çatdırıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada bir dəqiqəlik sükut… – Video

Multimedia 26/02/2021 19:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bunu əks etdirən görüntülər Daxili İşlər Nazirliyinin feysbuk hesabında paylaşılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid ailələrinə verilən binadan reportaj – Video

Multimedia 26/02/2021 18:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Həyat yoldaşım Mətləb Ağayev 1992-ci ildə şəhid olanda uşaqlarımın biri 1 yaş iki aylıq, o biri də 2 yaş yarımlıq idi. Çox çətinliklə, əzab-əziyyətlə, kirayələrdə onları böyütmüşəm. Prezidentimiz bu evi bizə təqdim elədi. Artıq o çətinliklər arxada qaldı…”

Bunu ötən gün Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan yaşayış kompleksində mənzillə təmin olunan şəhidin xanımı Bəhliyə Ağayeva bildirib. 

Onun sözlərinə görə, 2015-ci ildən ev növbəsinə dayanıb. Səbirsizliklə, həsrətlə bu evin alınmasını gözləyib. Nəhayət ki, 15-ci binanın 5-ci mərtəbəsindən ona 3 otaqlı mənzil verilib:

“Ev veriləcəyi ilə bağlı xəbər bizə gəlib çatanda ailəmiz böyük sevinc hissi keçirdi. Ev çox yaxşıdır, təmirlidir, ailəmizin çox xoşu gəldi, hər şeydən razıyıq. İki oğlum var idi, təəssüf ki, oğlumun biri 3 ay əvvəl rəhmətə gedib, o da bu evi səbirsizliklə gözləyirdi, ona qismət olmadı. Amma balaca nəvəm var, o bu evdə böyüyəcək. Atasının da, oğlunun da ruhu şad olsun. Bütün şəhid ailələri adından minnətdarlığımı bildiririəm”. 

Oxumağa dəyər:   Samuxda 2 nəfər bıçaqlanıb

Bəhliyə xanıma açarlar təqdim olunan gün mənzillə tanış olsa da, yenə də əvvəlki sevinclə otaqları gəzir, həvəslə bizi mənzillə tanış edir. 

Vətən müharibəsi şəhidi Əmir Kazımovun atası İlham Kazımova da yeni kompleksin 4-cü mərtəbəsindən 3 otaqlı mənzil verilib:

“İkinci Qarabağ müharibəsi başlayanda – sentyabrın 29-u oğlum Əmir müharibəyə çağırılıb və cəbhəyə yollanıb. Oktyabrın 10-u şəhid olub, neytral ərazidə qaldığına görə 52 gündən sonra nəşini götürüb dəfn eləmişik. 

…Ev almağı gözləmirdim, bunlar hamısı qəfildən baş verdi. Fevralın 9-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng gəldi və mən nazirliyə dəvət olundum. Sonra sənədlərimizi toplayıb İcra Hakimiyyətinə təqdim elədim. Üzərindən iki həftə keçmədi ki, cənab Prezident şəxsən bu mənzili mənə təqdim elədi”.

Şəhidin atası deyir ki, ailəsiylə çətin şəraitdə və kiçik mənzildə yaşayıb. Hazırda onlara təqdim olunan 3 otaqlı mənzilin hər bir şəraiti var. 

Oxumağa dəyər:   Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimovun sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulandan 3 dəfə artıq – 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil və fərdi evlər təqdim olunub.

Növbəti ildə bundan 50 faiz daha artıq, yəni 934 mənzil və fərdi evin təqdimatı həyata keçirilib. Ötən il isə indiyə qədərki saylarla müqayisədə rekord sayda 1572 mənzil və fərdi evin təqdimatı olub: 

“2021-ci ilə gəldikdə isə Prezidentin 25 yanvar 2021-ci il tarixli sərəncamıyla 2014-2019-cu illərdə uçota alınan şəxslər, eyni zamanda 2020-ci ildə hərbi əməliyyatlar zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il müddətinə mənzil və fərdi evlərlə təmin olunacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək və 2021-25-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili – bu kateqoriyadan olan şəxslər evlə təmin olunacaq. 2021-ci ildə isə 3 mindən çox mənzil və fərdi evin sahibinə açarların təqdim olunması prosesi nəzərdə tutulub və Prezidentin göstərişi əsasında bu proses həyata keçiriləcək”. 

Oxumağa dəyər:   İntihar edən tələbə ilə bağlı açıqlama

Qeyd edək ki, Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Ötən gün Prezident İlham Əliyev kompleksdə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. 

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal




InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video

Multimedia 26/02/2021 17:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Əl-ayağı məftillə bağlı olan, başı kəsilən insanlar görmüşəm. Heç kim insan öləndən sonra onun başının dərisini soymur. Bunu ancaq ermənilər edə bilərdilər. Ona görə də mən ancaq erməninin vəhşiliyini görmüşəm”.

Xocalı sakini Şükür Adilovun Xocalı faciəsiylə bağlı xatırladıqları bunlardan ibarətdir. 1963- cü il təvəllüdlü Ş. Adilov Ağcabədi rayonu Sarıcallı kəndində doğulsa da, 20 il Xocalı polis şöbəsində çalışıb. Ona görə də ailə üzvləriyə birgə Xocalı rayonunda qeydiyyatdadır. Ən kiçik oğlu Ceyhun Mustafazadə isə 44 günlük Vətən müharibəsində şəhid olub. 

“Qafqazinfo” şəhidin ailəsinin məskunlaşdığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi 258 saylı uşaq bağçasında olub və onun ailə üzvləriylə söhbətləşib.

Reportaj zamanı Xocalı hadisələrini bir daha xatırlayan müsahibimiz bildirir ki, həmin vaxt həvəskar fotoqraf kimi faliyyət göstərib:

“Xocalıdan meyitləri yığan yerdə Çingiz Mustafayevin çəkdiyi bir-iki lentdə də düşmüşəm. Ermənilər meyitin qolunu-qıçını kəsirdilər, başına mismar vururdular. O zaman həmin kadrları çəkmişdim, daha sonra həmin şəkilləri muzeyə təhvil verdim. Xocalı Polis Şöbəsinə də verdiyim şəkillər var idi. Bəziləri də Ağcabədidə kənddə evimizdə qalır. 

Həmin hadisələrdən sonra 1 il özümə gəlmədim. Orada gördüyüm ən incə detallları dilimə gətirə bilmirəm. Yadıma düşdükcə yenidən eyni dəhşəti yaşayıram. Həm də ki, gözlə gördüyüm çox şeyi dilə gətirmək olmur.  Bu cür yaşanan hadisələr oğlum Ceyhuna da təsir etmişdi. O, xalqımıza qarşı edilən bu haqsızlıqlarla barışa bilməzdi və bilmədi də. Həm də torpaqlarımızın işğalda olmasıyla barışmırdı. Özü texnologiya müəllimi olsa da, hərbi xidmətdən sonra öz fəaliyyətini MAXE kimi davam etdirdi.

Oxumağa dəyər:   Bərdədə ağır yol qəzası oldu - Ölənlər və yaralananlar var

Özüm birinci Qarabağ müharibəsi veteranıyam, travma almışam. Bir var hadisələri qıraqdan görüb eşidəsən, bir də var hadisələri görən biriylə eyni evdə yaşayasan. Mən ayın yarısından çoxunu döyüş bölgəsində olurdum. Bizim işimiz hərbçilərlə birgə xidmət aparmaq idi. 25-dən 26-na keçən gecə orada olmamışam. Silah gətirməyə getmişdik. Qohumlarımızın hamısı Xocalıda qalmışdı. Onların içərisində şəhid olanlar da oldu.  Hadisədən sonra Xocalıya qayıtdıq. Yaralıları xəstəxanaya gətirdik. Qarlı-qadalı günlər idi. Ölüm həddindən artıq çox idi. Yaralıların da sayı xeyli idi. Onları Ağdam xəstəxanasına daşıyırdıq. Çətin günlər idi. Orada qalanların çoxu əsir düşdü. Çox çətinliklə yolda ölənlər oldu. Yaxın qohumlarımdan-həyat yoldaşımın əmisi və əmisi oğlu orada girov qaldı. Əmioğlunun fevralın 25-də 25 yaşı tamam olmuşdu… Elə həmin gündən də  itkin sayılır”. 

A. Şükürovun şəhid oğlu 1997-ci il təvəllüdlü Ceyhun Mustafazadə hərbi xidməti kəşfiyyatçı kimi başa vurub. Əsgərlikdə olan zaman Naxçıvanın Günnüt kəndinin alınması əməliyyatında iştirak edib.  

Şəhidin atası bildirib ki, Günnüt əməliyyatındakı şücaətinə görə Müdafiə naziri ona qol saatı hədiyyə edib: “Bir neçə dəfə fəxri fərmanlarla təltif edilib. Həm istehkamçı, həm kəşfiyyatçı, həm də snayper idi. MAXE kimi ötən ilin yanvarında Tərtər rayonunda xidmətə başladı. Sonuncu dəfə sentyabrın 25-də bir yerdə olduq. Vəziyyətin çətinləşdiyini bilirdik. Hiss edirdik ki, nəsə baş verəcək. Ancaq müharibənin başlamasından xəbərimiz yox idi. Bizə ürək-dirək verdi ki, ondan gec xəbər alsaq, narahat olmayaq. 27-si müharibə başladı. Həmin gündən döyüşlərə kəşfiyyatçı kimi başlayıb. O Mübariz postunun, Talış kəndinin, Suqovuşanın alınmasında, Murov dağı istiqamətində gedən döyüşlərin hamısında iştirak edib. Oktyabrın 10-u saat 10:30-da yaralanıb. Oktyabrın 12-də Ağcabədi rayonunun Sarıcallı kəndində dəfn edilib. 

Oxumağa dəyər:   Magistraturaya qəbul imtahanı başa çatdı

Kəşfiyyatçı olduğu üçün düşmən tərəfdə yaralanıb. Özü sürünərək bu tərəfə keçib, komandirlərə məlumat verib və onu gəlib döyüş bölgəsindən çıxarıblar. Onu Gəncə hospitalına gətiriblər və orada da dünyasını dəyişib. 

Ən yaxın döyüş yoldaşları da şəhid olub. Bir neçəsi isə qazidir. Yanvarın 27-də Ceyhunun ad günü idi. Onu məzarlıqda ziyarətə gəlmişdilər. Yoldaşları deyir ki, Ceyhunu snayperlə vurmaq mümkün deyildi. O, çox cəld biri idi. Müharibənin bütün sirlərini bilirdi. “Vətən uğrunda”, Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Uşaqlıq albomunda şəkillərinin çoxunda əlində silah var. Ceyhun əslən xocalılı olmasa da, özünü bir xocalılı kimi hiss edirdi. Bu barədə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Haqsızlıqla razılaşmayan bir insan idi. O, hadisələrə yerində reaksiya verməyi xoşlayırdı. Ona görə də Xocalı hadisəsiylə heç cür barışa bilməzdi. Gedən müharibə göstərdi ki, vətənimiz etibarlı əllərdədir”.

Oxumağa dəyər:   Samuxda 2 nəfər bıçaqlanıb

Şəhid C. Mustafazadə iki il yarım əvvəl anasını uzun sürən xəstəlikdən sonra itirmişdi. Onun Ülvi və Şamo adlı qardaşları var. Şəhidin anası Xocalıda anadan olsa da, Xankəndidə böyüyüb. Daha sonra isə Ağdama köçüblər. 

C. Mustafazadə sonuncu dəfə oktyabrın 9-u ailəsiylə danışıb. Atasının sözlərinə görə, o, hər gün 5-10 saniyə olsa da, ailəsiylə danışarmış: “Hər dəfə bir nömrəylə əlaqə saxlayırdı. Biz də o nömrələrə yığdıq. Axır nömrələrin birinə zəng çatdı. Açıb dedilər ki, Ceyhun yaralanıb. Ayın 11-i axşam saat 7 idi. O zaman komendant saatı olduğu üçün heç hara getmək mümkün deyildi. Oktyabrın 12-si Gəncəyə getdim. Hospitalların hamısını  gəzdik, ancaq onu tapmadıq. Ən sonda Xocalı İcra Hakimiyyətindən zəng vurub dedilər ki, Ceyhun şəhid olub. Şəhid olacağı ürəyinə danıbmış. Oktyabrın 9-da günorta saat 3-4 arasında telefonun yaddaşında olan bütün adamlara zəng edib qısa danışıb. Biz sonradan bunu telefonundan tapdıq…”  

 

Foto-Video: Pərvin Zeynal 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 28/02/2021 18:42

Xocavəndin Çiraquz kəndi – VİDEO

Read more
Xəbər 28/02/2021 18:04

Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO

Read more
Multimedia 28/02/2021 12:57

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

Read more
Multimedia 28/02/2021 01:07

Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO

Read more
Multimedia 27/02/2021 16:57

Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Read more
Multimedia 27/02/2021 16:42

Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video

Read more
Multimedia 27/02/2021 16:07

“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video

Read more
Multimedia 27/02/2021 15:12

İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO

Read more
Multimedia 27/02/2021 13:44

“Alı” ləqəbli narkotacir saxlanıldı – Video

Read more
Multimedia 27/02/2021 13:42

Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO

Read more
Multimedia 27/02/2021 13:27

Ermənilərin Xocavənddə atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

Read more
Multimedia 27/02/2021 10:47

Əfəndilər kəndindən görüntülər – Video

Read more
Multimedia 27/02/2021 08:07

ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO

Read more
Multimedia 26/02/2021 19:42

Şuşada bir dəqiqəlik sükut… – Video

Read more
Multimedia 26/02/2021 18:37

Şəhid ailələrinə verilən binadan reportaj – Video

Read more
Multimedia 26/02/2021 17:57

“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video

Read more
Multimedia 26/02/2021 15:47

Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO

Read more
Multimedia 26/02/2021 14:00

Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO

Read more
Multimedia 26/02/2021 12:29

Bakıda 1000 manata tapança satmaq istədi – Video

Read more
Multimedia 26/02/2021 10:57

İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu – Video

Read more
Multimedia 26/02/2021 09:38

Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural – Video

Read more
Multimedia 25/02/2021 15:47

Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Read more
Multimedia 25/02/2021 14:27

“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Read more
Multimedia 25/02/2021 14:12

Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Read more
Multimedia 25/02/2021 12:02

Dünənki havada 25 yanğına çağırış olub – Video

Read more
Multimedia 25/02/2021 11:57

Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Read more
Multimedia 25/02/2021 10:02

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Read more
Multimedia 24/02/2021 20:27

CBC TV-nin avtomobili aşdı – Video

Read more
Multimedia 24/02/2021 17:37

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

Read more
Multimedia 24/02/2021 16:27

“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

Read more
Multimedia 24/02/2021 15:52

Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

Read more
Multimedia 24/02/2021 15:27

DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Read more
Multimedia 24/02/2021 13:07

Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Read more
Multimedia 24/02/2021 12:37

Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Read more
Multimedia 24/02/2021 12:29

Xocavəndin Ağdam kəndindən videogörüntülər

Read more
Multimedia 24/02/2021 11:30

Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla