“Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb. Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib.

R. Əliyev həmçinin bildirib ki, əvvəldən ödənişli – smart sayğaclar ləğv olunmayıb: “Daha müasir smart sayğacların alışını hazırda da həyata keçiririk. Hazırda Almaniya istehsalı 200 ədədi Bakı Şəhərində quraşdırılıb. İlkin partiya 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyək”. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo