“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu yanvar ayının 28-də saat 12:00-da keçiriləcək.

Baş direktor Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Göygöl rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Gəncə Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.