“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Salyan rayonunda vətəndaş qəbulu keçiriləcək.

Qəbul 10 oktyabr saat 11:00-da baş tutacaq. 

Salyan şəhəri, Heydər Əliyev Mərkəzində (T.Xəlilbəyli küçəsi 126) baş tutacaq görüş zamanı Salyan və Neftçala  sakinlərinin müraciətləri dinləniləcək. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 021 25 5 43 59) müraciət edə bilərlər.

İstinadlar Qafqazinfo