“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayəndələri ilə görüş keçirib.

Dövrü mətbuatla əlaqələrin daha açıq, şəffaf və operativ qurulması üçün Birlik bu gündən etibarən “Açıq qapı” aksiyasına start verib.

Görüş zamanı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayəndələrini qaz təchizatı ilə bağlı maraqlandıran sualları cavablandırıb. Baş direktor bu cür aksiyaların mütamadi olaraq keçirilməsinin vacib olduğunu bildirib və media nümayəndələrini hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, “Açıq qapı” aksiyası “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunub.





İstinadlar Qafqazinfo