Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edək ki, bir neçə saat əvvəl Bakı sakinləri istiliyin verilməməsi ilə bağlı şikayət etmişdi. “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov saytımıza açıqlamasında məlumatı təsdiqləmişdi: “”Azəristiliktəchizat”in “Azəriqaz”a olan borc məsələsi həll olunana qədər qazın verilməsinə icazə verilmir. Danışıqlar aparılır, yaxın müddətdə yəqin ki, bu problem həllini tapar. Biz ayrı-ayrı qazanxanalarla yox, “Azəristiliktəchizat”la işlədiyimiz üçün bütün Bakı üzrə qazanxanalara qazın verilişi dayandrılıb. Bu gün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 29 milyon manatdan çoxdur”.

İstinadlar Qafqazinfo