Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsal Birliyinin yeni veb-saytı bu gün fəaliyyətə başlayıb.

Bu barədə bu gün media və QHT-lər üçün keçirilən “Açıq qapı” aksiyasında birliyin Baş direktoru Ruslan Əliyev bildirib.

O qeyd edib ki, yeni sayt 3 dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Saytda həmçinin qurumda işləmək istəyənlər üçün karyera bölməsi olacaq.

Saytda həmçinin mobil çat da olacaq ki, bu da verilən suallara daha tez cavab verilməsinə xidmət göstərəcək.

R.Əliyev deyib ki, saytın özəlliklərindən biri də o olacaq ki, burada “Azəriqaz”ın bütün regionlarda fəaliyyət göstərən bölmələrinin ünvan və telefon nömrələri olacaq. Saytda həmçinin bütün sosial şəbəkələrə çıxış mövcuddur.

Artıq “ASAN Xidmət” vasitəsilə həyata keçirilən 22 elektron xidmətlərindən 8-i bu sayt üzərindən həyata keçiriləcək. Sayt üzərindən abonentlər mövcud borclarını, istifadə etdikləri təbii qaz üzrə limiti keçib-keçmədiklərini öyrənə, həmçinin mövcud borclarının ödənişini həyata keçirə biləcəklər.

İstinadlar Report