AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • “Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
  • Makron populyarlığını itirib, reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb
  • Cəlilabadda yol qəzası olub, iki qardaş xəsarət alıb 
  • Oğuzda avtomobil elektrik dirəyinə dəyib, xəsarət alanlar var
  • İran KİV-dən hakimiyyətə çağırış: “Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin”
  • Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 54 faizi ötüb
  • Ərdoğan: “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq”
  • İraqla İran sərhəd təhlükəsizliyini gücləndirir
  • Cəlilabadda 8 aylıq hamilə qadın ölüb
  • Bu gün neçə vaksin vurulub?
  • Makron populyarlığını itirib, reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb
  • Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 54 faizi ötüb
  • Azərbaycan XİN-dən Ermənistana cavab
  • Azərbaycan XİN Ermənistanın bəyanatına münasibət bildirib
  • XİN: “Ermənistanı bir daha təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq”
  • Suqovuşanda görülən yenidənqurma və bərpa işləri – FOTOREPORTAJ
  • Qazaxıstanın Azərbaycandakı Səfirliyi: “Seçici fəallığı yüksəkdir”
  • Nicat Lənkəranski” həbs olundu
  • Talış kəndinin yenilənən infrastrukturu – FOTOREPORTAJ
  • Zakir Həsənov qanunsuz erməni birləşmələrinin təxribatı nəticəsində yaralanan hərbçilərin son durumu ilə maraqlanıb
  • Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
  • Strateji əhəmiyyətli Talış kəndinə həyat qayıdır – REPORTAJ
  • “Demişdim ki, öldü var, döndü yoxdur” – Prezident
  • Dəməşqdə “İslami-cihad” silahlı qruplaşmasının komandirlərindən biri öldürülüb
  • Hərbi Hospitalda Novruz bayramı münasibətilə tədbir keçirilib
  • Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
19/03/2023 20:50
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
19/03/2023 13:59
“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
19/03/2023 10:08
Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO
18/03/2023 17:37
Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
18/03/2023 13:32
İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video
17/03/2023 20:29
“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
17/03/2023 10:29
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video
16/03/2023 20:02
GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO
16/03/2023 12:14
Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO
16/03/2023 11:29
Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video
16/03/2023 11:20
Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO
15/03/2023 11:55
Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO
14/03/2023 23:41
Bakıda qumbara tapıldı – Video
14/03/2023 17:47
Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO
14/03/2023 15:53
Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO
14/03/2023 11:57
FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO
14/03/2023 10:29

Video xəbərlər

  • Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
  • Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
  • Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO
  • “Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
  • “Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

22/03/2023
10:47 Bakıda satıcı işlədiyi marketdən 10 min manat dəyərində ərzaq malları oğurlayıb
10:23 Xaçmaz sakinindən fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb
10:14 İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb
10:07 Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb
10:05 Ağcabədidə ağır qəza – Ölən var
09:59 Qubernator: “Dronlar Sevastopola hücum edib”
09:56 Qubada avtomobil piyadanı vuraraq öldürüb
09:38 DİN: “Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb”
09:35 Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır
08:59 İran vətəndaşlarının Ermənistana axını azalıb
08:38 ABŞ-da atışma nəticəsində bir yeniyetmə ölüb, beş nəfər yaralanıb
08:29 Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb
08:09 Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edir 
08:05 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib 
07:53 Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb
07:17 UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb
06:20 NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib
05:53 Ötən gün İrəvan bələdiyyəsinin üç məmuru saxlanılıb
05:29 Zelenski Çili Prezidenti ilə telefonla danışıb
04:50 Türkiyədə Novruz mərasimində polisi daşa basan 200 nəfər saxlanılıb
04:26 Parisdə etirazların fəsadları ilə mübarizə üçün Böhran Qərargahı fəaliyyətə başlayıb
02:50 İsrail Prezidenti müsəlman ölkələri liderlərini Ramazan ayı münasibətilə təbrik edib
02:08 Pentaqon: ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində uçuşlarını davam etdirir
01:17 Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib
00:08 Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək
00:05 “Yeni gün”də doğulan məşhurlar… – Fotolar
21/03/2023
23:59 Türkiyənin məhkəmə sisteminin 3 vəzifəli şəxsinə Azərbaycanın yubiley medalları təqdim olunub
22:26 Vaksinasiya ilə bağlı son vəziyyət |
22:23 Yoluxanların sayı açıqlandı
22:14 Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
22:11 Özbəkistanda 6.6 maqnitudada zəlzələ olub
21:59 Yaponiya Ukraynaya hərbi texnikanın tədarükü üçün 30 milyon dollar ayırıb
21:50 Zelenski Yaponiyanın Baş naziri ilə görüşüb
21:35 Ərdoğan: “İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımalarıdır”
20:56 Rusiya və Çin hərbi sahədə əməkdaşlığı davam etdirəcək
20:38 NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib
20:20 Putin: “Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır”
20:10 Şamaxıda “Şəbədə” tamaşası nümayiş etdirilib – Fotolar
20:08 ABŞ Dövlət Departamenti: Ermənistanda insan haqları pozulur
19:41 ABŞ Ukraynaya köhnə “Abrams” tankları göndərməyi planlaşdırır
19:20 MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir
19:14 Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir
19:11 Yevlax sakininin meyiti Gədəbəydə aşkarlanıb
18:54 Prezident: “Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”
18:53 Blinken: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini bundan sonra da davam etdirəcək”
18:52 Azərbaycan Prezidenti Ermənistanın vəziyyəti gərginləşdirmək siyasəti yürütdüyünü Blinkenin diqqətinə çatdırıb
18:50 Dövlət başçısı: “Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır”
18:49 İlham Əliyev: “Ermənistanın 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur”
18:47 Blinken Qarabağa görə İlham Əliyevə zəng etdi
18:38 Ermənistandan qanunsuz hərbi yüklərin daşınması davam edir
18:26 Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
18:23 Britaniya Ukraynaya uran mərmilərini tədarük edəcək
18:17 Ramazanda sağlam qidalanmaq üçün – Bunları edin
17:59 Pakistan məhkəməsi İmran Xanın terrorizm ittihamı ilə bağlı həbsinə xitam verib
17:26 Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”
17:23 Ukrayna-NATO Komissiyasının iclası nazirlər səviyyəsində keçiriləcək
17:11 QMİ Ramazan ayı ilə bağlı fətva verdi
17:05 Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi
16:56 Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyaları aşkar edib
16:53 Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Multimedia 19/03/2023 20:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Qəza Çağrı Xidməti şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Birliyin rəhbər şəxsləri şöbə əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra bayram günündə Birliyin 104/185 Çağrı Mərkəzinə daxil olan bəzi müraciətləri qurum rəsmiləri özləri cavablandırıblar.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Multimedia 19/03/2023 13:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Oxumağa dəyər:   Ayxan Hacızadə: "Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Multimedia 19/03/2023 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva Tərtərin Talış kəndinə səfər edib.

Dövlət başçısı və xanımı səfər zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olublar.

Burada Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Həmin görüşün videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Hadisə 18/03/2023 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Belə ki, Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.

Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər.

Araşdırma zamanı saxlanılan şəxslərdən biri – Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Oxumağa dəyər:   Bəxtiyar Hacıyev Prezidentə müraciət etdi

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Multimedia 18/03/2023 13:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

– obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;
– ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;
– çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;
– ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib, Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxumağa dəyər:   Samuxda 14 yaşlı qız intihar etdi

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Multimedia 17/03/2023 20:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb. 

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Oxumağa dəyər:   Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Multimedia 17/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “AzərEnerji” silsilə tədbirləri davam etdirir.

Müstəqil energetikanın banisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən “Azərbaycan” İES, “Şimal” ES, “Bakı” İEM və “Şəmkir” SESS-də, o cümlədən “AzərEnerji”nin balansında olan “Qobu”, “Sumqayıt”, “Cənub” və digər elektrik stansiyalarının ərazisində ağacəkmə aksiyası keçirilir. Bundan əlavə ölkənin digər yerlərində olan 500, 330 və 110 kilovoltluq yarımstansiyaların ərazisində də ağaclar əkilir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. Bakı və ölkənin regionlarında yerləşən enerji obyektlərində “hərə bir ağac əksə” devizi ilə keçirilən aksiyalarda müxtəlif növdə 5 minə yaxın ağac əkilir.

Qeyd edək ki, bundan əvvəl də “AzərEnerji”, “Azərişıq” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi iə əlaqədar olaraq Xocəsən qəsəbəsində 7 minədək ağac əkilməsi aksiyasını gerçəkləşdirib.

Oxumağa dəyər:   Samuxda 14 yaşlı qız intihar etdi




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Multimedia 16/03/2023 20:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Multimedia 16/03/2023 12:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ilk özəl enerji şirkəti GL LTD (GL) Türkiyədə təbii fəlakətin dağıdıcı təsirlərinin aradan qaldırılmasına töhfə vermək üçün qardaş ölkəyə humanitar yardım göndərib.

GL və onun iştirak paylarına sahib olduğu şirkətlərdə – “GL Technical Services”, “Taghiyev Operating Company” və “Salyan Oil Limited”də çalışan 1600-ə yaxın əməkdaş da zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasına dəstək olmaq üçün könüllü ianələr ediblər.

Təbii fəlakətdən zərər çəkənlərin əsas ehtiyaclarının öyrənilməsi və onlara dəstəyin tez bir zamanda fəlakət bölgəsinə çatdırılması üçün GL şirkəti Türkiyənin Azərbaycandakı səfirliyi və aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edib.

Ərzaq və qeyri-ərzaq məhsullarından ibarət yardımlar ötən həftə yola salınıb və artıq Türkiyənin Kahramanmaraşdakı logistik mərkəzinə çatıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Hadisə 16/03/2023 11:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında yerləşən “Xəzər tikinti-2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Xəzər tikinti-2004” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Multimedia 16/03/2023 11:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Görüntülərdə Kazımov Ramin Xaqani oğlunun sürdüyü “Ford Transit” markalı yük avtomobilinin qəfil idarəetmədən çıxaraq əks zolağa çıxdığı görünür.

Bu zaman həmin avtomobil Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi “Ford” markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb. Nəticədə A.Rəhmənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisənin görüntülərini təqdim edirik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Hadisə 15/03/2023 11:55
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda 11 evdən kdə şübhəli bilinən qardaşlar tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının paytaxtın Binə qəsəbəsində həyata keçirdikləri əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, onun qardaşı Ələsgər və qohumları – yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.

Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində satıblar.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Multimedia 14/03/2023 23:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fransa Prezidenti Emmanuel Makron başa düşməlidir ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesində onun ciddi təsiri yoxdur.

Bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Tədqiqat və Nəşr Siyasətinin Təhlili Departamentinin direktoru Damyan Krneviç institutun yutub kanalında yayımlanan “IDTalks”da bildirib.

D.Krneviç qeyd edib ki, Fransa iki ölkə arasında sülh prosesinə qoşulmağa çalışır. Digər tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir ildən artıqdır bu işdə kifayət qədər uğurla iştirak edir: “Digər məsələ Makron və Mişelin Fransa prezidentinin danışıqlar prosesində iştirak etmək üçün o qədər də ciddi hüquqi mövqeyə malik olmadığına dair razılığa gələ bilib-bilməyəcəyidir. Mişel Makronu prosesə qarışmamağa, və ya ən azı Avropadaxili münasibətlərə ziyan vurmadan geri addım atmağa inandıra biləcəkmi?”

ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lyuis Bononun Bakıya son səfərini şərh edən politoloq vurğulayıb ki, o, Amerikanın sülh prosesinin vasitəçisi kimi roluna çox ciddi yanaşır.

Oxumağa dəyər:   Ayxan Hacızadə: "Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"

“O (Bono – red.) prosesin xətti olmadığını aydın şəkildə anlayır”, – deyən D.Krneviç əlavə edib ki, Ermənistan, Rusiya və Avropa faktorlarının olması anlayışı mövcuddur.

D.Krneviç Rusiya ilə ABŞ arasında Cənubi Qafqaz regionunda sülh prosesinə təsir edə biləcək maraqların ciddi toqquşmasını görmür.

“Hər iki tərəfdə sülhün bərqərar olması iradəsi olarsa, amerikalılar və avropalılar, eləcə də Rusiya faydalı ola bilər”, – o əlavə edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda qumbara tapıldı – Video

Multimedia 14/03/2023 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Hadisə 14/03/2023 15:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Hadisə 14/03/2023 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub. Həmin şəxslər – Tural Bayramlı və onun qardaşı Orxan tutularaq idarəyə gətirilib.

Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.

Aşkar edilən faktla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb.

Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Hadisə 14/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirlib ki, təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallar zamanı çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, xüsusi alət və avadanlıqlar vasitəsilə bağlı qapını açaraq “halsız vəziyyətdə olan vətəndaşı xilas edib, həmçinin aşkar olunmuş meyiti aidiyyəti üzrə təhvil veriblər”.

Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
Multimedia 14/03/2023 17:47

Bakıda qumbara tapıldı – Video

Read more
Hadisə 14/03/2023 15:53

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Read more
Hadisə 14/03/2023 11:57

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Read more
Hadisə 14/03/2023 10:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Read more
Multimedia 14/03/2023 06:29

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Vdieo – VİDEO

Read more
Multimedia 13/03/2023 19:32

Qəbələdəki meşə yanğını söndürüldü – Video +

Read more
Multimedia 13/03/2023 17:30

Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video

Read more
Multimedia 13/03/2023 15:04

Samir Salam saxlanıldı – VİDEO

Read more
Hadisə 13/03/2023 11:14

Bakıda kuryerlərin mopedləri oğurlanıb – VİDEO

Read more
Multimedia 13/03/2023 10:53

Roluna görə 136 kq-lıq kostyum geyindi – İlk “Oskar”ını aldı – VİDEO

Read more
Multimedia 13/03/2023 09:53

“Kişiləri kişi edən həyat yoldaşlarıdır” – Pənah Hüseyn – VİDEO

Read more
Multimedia 12/03/2023 23:23

Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO

Read more
Multimedia 12/03/2023 19:31

Qaz təchizatına müdaxilə hallarına qarşı tədbirlər görülüb – VİDEO

Read more
Multimedia 12/03/2023 13:20

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Hadisə 12/03/2023 10:50

Giləzidə hərbi sursat aşkar edilib – VİDEO

Read more
Multimedia 11/03/2023 13:50

Maştağanın əsas narkotacir şəbəkəsi tutuldu – Video

Read more
Multimedia 11/03/2023 12:38

Müdafiə Nazirliyi rus hərbçilərin Qarabağdakı qanunsuzluğunun görüntüsünü yaydı – VİDEO

Read more
Hadisə 11/03/2023 10:17

Qəbələ və Şəkidə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 10/03/2023 22:07

Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib” – VİDEO

Read more
Hadisə 10/03/2023 14:49

Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən taksi şirkətlərinin 10 sürücüsü saxlanılıb – VİDEO

Read more
Hadisə 10/03/2023 14:23

Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib – VİDEO

Read more
Multimedia 10/03/2023 14:05

Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz” – VİDEO

Read more
Multimedia 10/03/2023 13:05

“Papanin” və “Kubinka”da narkotik təbliğatçıları tutuldu – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla