“Abonentlərin xidmətlərə əlçatanlığını daha da artırmaq məqsədilə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi olaraq hər zaman yeniliklərlə görüşünüzə gəlməyə çalışırıq. Bu gün sizə Birliyin yenilənmiş saytını təqdim edirik. Eyni adla fəaliyyət göstərəcək saytda bir sıra yeni xidmətlər abonentlərin istifadəsinə veriləcək”.

Bu sözləri qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyasında jurnalistlərə açıqlamasında bildirib. 

Birlik rəhbərinin sayt haqqında qısa arayışından sonra Azeriqaz-az-ın geniş təqdimatı keçirilib. Bir tək adı dəyişməyən onlayn platformanın abonentlər üçün yaratdığı yeni imkanlardan danışılıb. 

Məlumat verilib ki, artıq abonentlər əksər hallarda evdən çıxmadan bir sıra müraciətlərə cavab tapa və onları maraqlandıran digər məlumatları bir toxunuşla əldə edə biləcəklər. “Açıq qapı” aksiyasında, həmçinin media nümayəndələrini düşündürən digər suallar birbaşa baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılıb.

 



İstinadlar Qafqazinfo