SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

Növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022  tarixləri) daha 4 rayonda  saat 11:00-dan 12:00-dək Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

 Aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü  Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

 Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

İstinadlar Qafqazinfo