“Azərenerji” ASC-nin nizamnamə kapitalı 699 505 420 manat və yaxud 39,7 % artırılıb.
Səhmdar cəmiyyətinin kapitalı 1 760 494 580 manatdan 2 460 000 000 manata çatdırılıb.
Bu məbləğ hər birinin nominal dəyəri 20 manat olan 123 milyon ədəd səhmdən ibarətdir.
Xatırladaq ki, “Azərenerji” 1997-ci ildə yaradılıb. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.