AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Vaqif Həsənov qəbul keçirdi – Fotolar
  • İlham Qasımova vəzifə verildi
  • Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib
  • Prezidentdən təbrik məktubu
  • Səməd Seyidov AŞPA-nın tədbirlərində iştirak edəcək
  • Devid Kemeron: “Böyük Britaniya Qəzzaya humanitar yardım üçün əlavə 30 milyon funt sterlinq ayıracaq”
  • Vilayət Eyvazov sıra baxışı keçirdi – Video
  • Şəmkirdə vəzifəli şəxs cəzalandırıldı
  • Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video
  • İsrail XİN: “Girovluqdan azad edilən əcnəbilərin reabilitasiyasına başlanılıb”
  • Vaqif Həsənov qəbul keçirdi – Fotolar
  • İlham Qasımova vəzifə verildi
  • Səməd Seyidov AŞPA-nın tədbirlərində iştirak edəcək
  • Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video
  • Yanğında ölən sahibkarın – Fotosu
  • Novak Türkiyədə qaz tədarükü, enerji sahəsində əməkdaşlığı müzarkirə edib
  • Bayden: HƏMAS ilə razılaşmaların həyata keçirilməsi sadəcə başlanğıcdır
  • Kanada və Aİ Tayvan ətrafındakı vəziyyəti zorla dəyişdirmək cəhdlərinə qarşı çıxıb
  • Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı
  • Çexiya və Slovakiya enerji sektorunda əməkdaşlığı aktivləşdirmək niyyətindədirlər
  • Kəlbəcərin azad olunmasından üç il ötür
  • Türkiyənin təhlükəsizlik qüvvələri terror qruplaşmalarına aid 17 hədəfi məhv edib
  • İstanbulda Tatarıstanın səlahiyyətli nümayəndəliyinin yeni binası açılıb
  • Qətər XİN 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib
  • ABŞ və Avropadakı “Amazon” anbarlarının işçiləri “qara cümə”də tətillər planlaşdırırlar
  • Beynəlxalq KİV-lər SPECA-nın Bakı Zirvə görüşündən yazdı – Fotolar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“AzərEnerji” Laçından yeni görüntülər paylaşdı – Video
16/11/2022 14:53
Vilayət Eyvazov sıra baxışı keçirdi – Video
25/11/2023 11:02
Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video
25/11/2023 10:42
Liderlər Bakıdan belə yola salındı – Video
25/11/2023 07:47
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO
24/11/2023 12:00
FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video
24/11/2023 11:37
Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video
24/11/2023 08:38
Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO
23/11/2023 20:47
Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO
23/11/2023 12:12
Rəşad Dağlının həmin gün dedikləri – İlk video
23/11/2023 11:05
Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar
23/11/2023 09:50
Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +
23/11/2023 08:20
Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video
23/11/2023 01:05
Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO
22/11/2023 18:20
FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video
21/11/2023 17:35
Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video
21/11/2023 12:17
Bu rayonlarımıza qar yağıb – Video
21/11/2023 09:50

Video xəbərlər

  • Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
  • Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
  • Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO
  • Bu rayonlara qar yağdı – Video
  • Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

29/11/2023
22:41 “AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb
22:38 İsrailin BMT-dəki daimi nümayəndəsi: “HƏMAS soyqırımı törədən terror təşkilatıdır”
22:09 Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
21:53 Xaçmaz-Xudat avtomobil yolunda qəza olub, xəsarət alanlar var
21:53 Türkiyə Milli Təhlükəsizlik Şurasında Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub
21:51 Türkiyənin 100 illiyi tədbirləri çərçivəsində Praqada süni intellekt tədbiri keçirilib
21:26 Quterreş BMT-nin Qəzzada ölən əməkdaşlarının sayını açıqlayıb
20:53 FHN zəlzələ ilə bağlı məlumat yaydı
20:47 Netanyahu İsrailin Qəzza sektorunda əməliyyatları bərpa edəcəyini təsdiqləyib
20:08 Azərbaycanın bu rayonlarında zəlzələ oldu
19:50 Şimal işıqları Moskvada görünə bilər
19:47 Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıb
19:44 Bakının bu ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq
19:21 Nazir: “Azərbaycanın özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti var”
19:02 Balakəndə ağır qəza, ölənlər var
18:59 KİV: Ər-Riyad Tehrana münaqişənin Qəzzadan kənara çıxmaması üçün investisiya təklif edib
18:56 Ekspert: “Yaşıl enerji”nin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı olacaq”
18:37 Bakı-Sumqayıt yolunda da avtobus zolağı çəkilir
18:35 Saatlı sakini odlu silahı və 412 ədəd patronu polisə təhvil verib
18:32 Naxçıvan polisi tərəfindən son 1 ayda 67  nəfər saxlanılıb
18:23 Ermənistan Böyük Britaniya ilə hərbi əməkdaşlıq proqramı imzalayıb
18:14 Polşada məktəbə hücum olub, yaralananlar var
18:11 Ekspert: “Azərbaycan ekoloji tarazlığın təmin olunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib”
18:08 Ali Məhkəmədə Misir Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
18:02 Metroda ölən şəxs Çinarənin atası imiş
17:50 Keçmiş şöbə müdirinin 10 il həbsi tələb edildi
17:47 “Sea Breeze”dəki davanın əsas iştirakçısı niyə məhkəməyə gəlmir?
17:29 Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir
17:25 FHN-in hərbi hissələrində taktiki-xüsusi təlimlər keçirilib
17:23 Dünya Bankı: “Azərbaycanda tərəvəz istehsalına 4 milyard dollara yaxın investisiya yatırılmalıdır”
17:17 “Antiterror əməliyyatları çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi” – RƏY
17:11 “MEDİAlab” layihəsi çərçivəsində hesabat konfransı keçirildi – Fotolar
17:09 “Boşanmaların səbəblərindən biri də sonsuzluqdur”
17:08 NATO və Ukrayna 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıb
17:04 Bakıda işləyənlər bu qədər maaş alır
17:02 Azərbaycan Səudiyyə Ərəbistanla aqrar sahədə texnologiyaların transferini müzakirə edib
16:59 Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək
16:56 Ceyhun Bayramov Əlcəzair XİN-in baş katibi ilə görüşdü
16:53 Politoloq: “ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqdan narazıdır”
16:52 Dünya Bankı: “Damcılı suvarma Azərbaycanda populyarlaşmaqdadır”
16:49 İlham Əliyev onları təltif etdi – Siyahı
16:47 Prezident İldırım Vəliyevə vəzifə verdi
16:44 Suraxanıda daha bir küçə asfaltlandı – Fotolar
16:41 Harris və Blinken Dubayda iqlim konfransında iştirak edəcəklər
16:39 Komitə sədri: “Ana və uşaqlar arasında böyük tələfat verən xəstəliklər icbari sığortadan kənardadır”
16:34 Türk Dövlətlərinin Həmkarlar İttifaqı Təşkilatına sədr seçilib
16:32 “Xahişimiz budur ki, məsələlər tezləşdirilsin”
16:26 Komitə sədri erkən nikahlara görə axundları – Günahlandırdı
16:23 “Görəsən, biz bunu bacara biləcəyik?”
16:20 Komitə sədri: “Erkən nikahların əksəriyyətini axundlar həyata keçirir”
16:19 Dünya Bankı: “Azərbaycanda fermerlər hələ də ənənəvi yollarla əkirlər”
16:17 Stoltenberq: “F- 16-ların döyüş meydanında vəziyyəti kökündən dəyişə biləcəyinə əmin deyilik”
16:08 Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı məlumatlara aydınlıq gətirilib
16:01 Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir
15:59 Ermənistan Aİİ-nin təcili toplantısını çağırır
15:53 Mirzoyan Skopyeyə səfərə yollanıb
15:50 Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olunub
15:44 Ekspert: “Azərbaycan və Özbəkistanın İƏT çərçivəsində əməkdaşlığı münasibətlərin inkişafına töhfə verir”
15:41 Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
15:40 Qazi xərçəngdən vəfat etdi

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“AzərEnerji” Laçından yeni görüntülər paylaşdı – Video

Multimedia 16/11/2022 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 110/35/10 kilovoltluq “Laçın” Qovşaq yarımstansiyasının tikintisi sürətlə davam etdirilir.Aydan az vaxt keçməsinə baxmayaraq “AzərEnerji” tərəfindən tikilən yarımstansiyada işlərin böyük hissəsi görülüb. 

Yarımstansiyada transformatorlar quraşdırılıb, açıq paylayıcı hissədə işlərin böyük hissəsi icra edilib, idarəetmə mərkəzi və mühəndis yataqxanasının tikintisi sürətlə davam etdirilir. 

Eyni zamanda “Güləbird” SES-dən yeni yarımstansiyaya çəkilən yüksək gərginlikli 110 kilovoltluq ötürmə xəttində isə işlər başa çatıb. Qovşaq yarımstansiya funksiyasını daşıyacaq Laçın şəhər yarımstansiyası Şərq tərəfdən “Şükürbəyli”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstasiyaları, Qərb tərəfdən “Daşkəsən,” “Kəlbəcər”, “Qorçu” yarımstansiyaları, nəhayət mərkəz tərəfdən “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə 110 kV-luq ikidövrəli ötürmə xətləri ilə əlaqaləndiriləcək. Bununla da Qarabağ və Şərqi Zəngəzurun 110 kV-luq dairəvi elektrik təchizatı yaradılacaq. Bu da işğaldan azad edilən ərazilərin enerji təchizatında fasiləsiziyi təmin edəcək.

Onu da xüsusi qeyd edək ki, “Azərenerji” tərəfindən Laçın rayonunda digər istiqamətdə tikilən “Qorçu” yarımstansiyasında işlər tamamlanıb və eyni zamanda Kəlbəcərdən Qorçuya çəkilən 110 kV-luq ikidövrəli ötürmə xəttində də işlər yekunlaşıb.

Oxumağa dəyər:   "Bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil"



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Multimedia 25/11/2023 11:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Multimedia 25/11/2023 10:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.

Bu barədə qurumdan məlumat verilib.

2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.

Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.



InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liderlər Bakıdan belə yola salındı – Video

Multimedia 25/11/2023 07:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev də iştirak edib.

Görüşdən sonra prezidentlər Dağüstü parkla yanaşı, Bakının bir sıra maraqlı yerlərini gəzdiblər.

Axşam saatlarında isə liderlər qaravol dəstələrinin müşayiətilə yola salınıblar. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Multimedia 24/11/2023 12:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.

Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib.

Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.

İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq – BMT və Yeni Kaledoniya – bayraqları da qaldırılıb.

Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanlarındadır, neokolonializmlə mübarizəyə dəstək olur.

Qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.

Oxumağa dəyər:   Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edib - Fotolar

“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur”, – Prezident İlham Əliyevin müraciətində deyilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Multimedia 24/11/2023 11:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin iştirakı ilə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanında yerləşən BEGOC Biznes Mərkəzində “İnzibati binalarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxumağa dəyər:   Vaqif Həsənov qəbul keçirdi - Fotolar

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Multimedia 24/11/2023 08:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, müəssisə ərazisində həcmi 10 ton olan çəndə əmələ gələn texniki qüsur nəticəsində təxminən 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanır.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO

Multimedia 23/11/2023 20:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasının açılış mərasimində Qərbi Azərbaycanla bağlı iddialarını yenidən irəli sürməsindən bəhs olunur.

Bildirilir ki, onun iddiasına görə, “Azərbaycanın Ermənistan ərazisini rəsmi şəkildə “Qərbi Azərbaycan” adlandırması şübhəli görünür və rəsmi Bakının Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratını yaradır. Ermənistana qarşı hərbi təcavüz sülh gündəliyinin irəliləməsi yolunda əsas maneələrdən biridir”.

Qeyd olunur ki, Ermənistanın bir-birini təkzib edən mövqeyi artıq o qədər də təəccüblü deyil, çünki 44 günlük müharibədən sonra rəsmi İrəvanın əsas işi bölgədə sülh perspektivini məhv etmək, geosiyasi oyunçuların regionla bağlı planlarını icra etmək olub. Bu baxımdan Paşinyanın sərsəm bəyanatına diqqətə almamaq da olar. Hərçənd, erməni baş nazirin kampaniya xarakteri daşıyan “Azərbaycan hücum edəcək” iddiasını Qərbi azərbaycanlıların doğma evlərinə qayıdışı məsələsinə bağlamasının altında yatan məkrli oyun gözardı ediləcək amil deyil. Proseslərin analizi göstərir ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini, ümumiyyətlə, soydaşlarımızın öz yurdlarına qayıdış hüquqlarını təhrif etməyə çalışır. Ən təhlükəli məqam isə bunu Cənubi Qafqazda yeni eskalasiyanın yaradılması planlarına daxil etmək cəhdidir.

Oxumağa dəyər:   İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Vurğulanır ki, Ermənistan reallığı qəbul etmək istəmir və müxtəlif bəhanələrlə sülh gündəliyinə maneələr yaradır: “Ermənistan sülh gündəliyini arxa plana keçirməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməmək, 8 kəndi işğaldan azad etməmək, eləcə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına mane olmağa çalışır. Qərb cəbhəsi isə bölgədə Ermənistan üzərindən möhkəmlənmək və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətindədir. İndi Ermənistan anti-Azərbaycan kampaniyasına “Qərbi Azərbaycan” terminini daxil edir və bununla həm yeni istinad nöqtəsi yaradır, həm Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edir, həm də Qərbi azərbaycanlıların öz evlərinə qayıdış hüququnu arxa plana keçirməyə çalışır”.

Sonda diqqətə çatdırılır ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu yerinə yetirmək öhdəliyi var, beynəlxalq konvensiyalar bunu tələb edir və rəsmi İrəvanın oynadığı bütün məkrli oyunlara rəğmən Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ təmin ediləcək: “Dialoqdan imtina edən Ermənistanın regional sülhü riskə ataraq, geosiyasi qüvvələrin plasdarmına çevrilmək siyasəti isə hər şeydən öncə bu ölkənin mövcudluğunu sual altına salır. Çünki kiçik və zəif Ermənistanın “böyük oynamaq” şansı yoxdur və nə Rusiya, nə də İran öz sərhədlərində rəsmi İrəvanın onların rəqibləri ilə “flörtləşməsi”ni qəbul etməyəcək. Bu ssenaridə Ermənistanın sektorlara bölünməsi qaçılmaz ola bilər. Belə bir perspektivdə bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri Azərbaycan olacaq, buna tarixi və hüquqi haqqımız var. Bu halda Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının önündə heç bir maneə qalmayacaq. İndi seçim Ermənistanındır…”

Oxumağa dəyər:   Qərbi Azərbaycan İcması Paşinyana cavab verib

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   Vaqif Həsənov qəbul keçirdi - Fotolar

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 23-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO

Multimedia 23/11/2023 12:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.

Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.

Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlının həmin gün dedikləri – İlk video

Multimedia 23/11/2023 11:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri əldə etmişik. 

“Qafqazinfo”nun özəl olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər 1 il əvvələ aiddir. Meyxanaçı eyni zamanda orada təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.

Sözügedən videonu təqdim edirik:

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar

Multimedia 23/11/2023 09:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +

Multimedia 23/11/2023 08:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi daha bir məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

Oxumağa dəyər:   Kəlbəcərin azad olunmasından üç il ötür

***

İnşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

FHN-dən bildirilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video

Multimedia 23/11/2023 01:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

“Qafqazinfo” dövlət başçının qatıldığı tədbirdən görüntüləri təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO

Multimedia 22/11/2023 18:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın həyata keçirdiyi neokolonial siyasətə qarşı mübarizəyə, onun qanunsuz əməllərinin beynəlxalq aləmdə ifşasına xüsusi diqqət yetirir”.

Bu barədə “Rossiya 24” kanalının reportajında deyilir.

Materialda Azərbaycan Prezidenti İlham Əliyevin sözləri xüsusi vurğulanır: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal etmiş, sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamışdır… Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir”.

Müəllif qeyd edir ki, Emmanuel Makronun bu yaxınlarda səfər etdiyi Özbəkistana Ermənistanla yanaşı, Fransa da təzyiq göstərir.

“Le Monde” nəşri yazır ki, beşinci respublika prezidentinin gördüyü ilk iş, uran tədarükündə Daşkəndin dəstəyini cəlb etmək oldu. Onun çatışmazlığı isə Nigerdəki çevrilişdən sonra Fransanın nüvə sənayesində xüsusilə nəzərə çarpır.

Oxumağa dəyər:   Emoməli Rəhmon: "Tacikistan Cənubi Qafqazı sabit və firavan region kimi görmək istəyir"

Bununla belə, hazırda getdikcə daha çox onun dənizaşırı əraziləri və keçmiş müstəmləkələri Fransa təsirindən qurtulur: “Fransadan təkcə son illərdə Əlcəzair, Mali, Burkina-Faso və Niger uzaqlaşıb. Bu tendensiya artmaqda davam edir. Qoşulmama Hərəkatı müstəqillik və bərabərlik prinsipləri əsasında mövcudluğunu öz kursunun əsası elan etmiş 120 ölkəni birləşdirir”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video

Multimedia 21/11/2023 17:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinə əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.

Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video

Multimedia 21/11/2023 12:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Salyan rayonu, Çuxanlı kəndində yerləşən bu evi digər evlərdən fərqləndirən ali bir məqam var-Şəhidlik zirvəsi. 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinov bu evdə doğulub.

“Azəriqaz” İB-dən verilən məlumata görə, elə bu evdə böyüyüb boya-başa çatan Kamilin xatirəsini isə indi ailə üzvləri əziz tutaraq daim yaşadır.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini əziz tutan SOCAR-ın “Azəriqaz” İB də Kamilin atası Əliş Şirinovun müraciətini qısa zamanda təmin edib.

Müraciətə əsasən fərdi yaşayış evinin qarşısından keçən diametri 57 mm-lik qaz xəttinin yeri dəyişdirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu rayonlarımıza qar yağıb – Video

Multimedia 21/11/2023 09:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ölkədə faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Balakəndə 30 mm, Şəkidə 29 mm, Zaqatalada 21 mm, Qəbələdə 14 mm, Quba, Qusarda 13 mm, İsmayıllı, Oğuzda 11 m, Qrız, Xaltan, Gədəbəydə 9 mm, Göygöldə 8 mm, Daşkəsən, Mingəçevir, Ordubad, Şamaxı, Gəncə, Şahdağ, Göyçay, Sabirabad, Biləsuvar, Qobustan, Şəmkir, Tovuz, Ceyrançöl, Beyləqan, Naftalan, Ağdam, Qax, Altıağac, Ağstafa, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Şirvan, Neftçala, Yardımlı, Lerik, Astara, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Quba(Qrız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.

Duman: Sumqayıt, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba(Qrız), Daşkəsən, Xaltan, Göyçayda müşahidə olunub.

Oxumağa dəyər:   İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Külək: Şimal-qərb küləyi arabir Mingəçevirdə 25 m/s, Tovuz, Naftalanda 22 m/s, Şahdağ, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Yardımlı, Şəmkir, Ceyrançöl, Sədərəkdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.


InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 25/11/2023 11:02

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Read more
Multimedia 25/11/2023 10:42

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Read more
Multimedia 25/11/2023 07:47

Liderlər Bakıdan belə yola salındı – Video

Read more
Multimedia 24/11/2023 12:00

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Read more
Multimedia 24/11/2023 11:37

FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Read more
Multimedia 24/11/2023 08:38

Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Read more
Multimedia 23/11/2023 20:47

Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO

Read more
Multimedia 23/11/2023 12:12

Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO

Read more
Multimedia 23/11/2023 11:05

Rəşad Dağlının həmin gün dedikləri – İlk video

Read more
Multimedia 23/11/2023 09:50

Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar

Read more
Multimedia 23/11/2023 08:20

Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +

Read more
Multimedia 23/11/2023 01:05

Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video

Read more
Multimedia 22/11/2023 18:20

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO

Read more
Multimedia 21/11/2023 17:35

FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video

Read more
Multimedia 21/11/2023 12:17

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video

Read more
Multimedia 21/11/2023 09:50

Bu rayonlarımıza qar yağıb – Video

Read more
Multimedia 20/11/2023 12:24

Uşaq bağçasında təlim – Video

Read more
Multimedia 20/11/2023 12:11

Aylıq 604 manatdan başlayan ödənişlə premium mənzilə sahib olmaq imkanı var – VİDEO

Read more
Hadisə 19/11/2023 14:50

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib – VİDEO

Read more
Hadisə 19/11/2023 11:17

NZS qəsəbəsində fərdi yaşayış evində yanğın olub – VİDEO

Read more
Multimedia 19/11/2023 09:38

Kəndin adını dəyişdiriblər, sakinlərin xəbəri yoxdur – Video

Read more
Multimedia 18/11/2023 13:11

Sexdəki yanğın təhlükəsi aradan qaldırıldı – Video

Read more
Multimedia 18/11/2023 08:05

Kəndlərdə niyə bankomatlar yoxdur? – Video

Read more
Multimedia 18/11/2023 06:26

6 dəqiqəlik səhnəyə 6 ilini sərf etdi – Video

Read more
Multimedia 17/11/2023 21:11

Cari ilin yanvar-oktyabr ayları ərzində görülən işlər “Açıq qapı”da açıqlandı – VİDEO

Read more
Multimedia 17/11/2023 13:02

FHN yanğın-taktiki təlim keçirib – Video

Read more
Multimedia 16/11/2023 19:14

Azərbaycanda Aqroparkda güclü yanğın – Video

Read more
Multimedia 16/11/2023 14:06

“VOLT AVTO” arzuları gerçəyə çevirir: “DFSK E5” modeli artıq Azərbaycanda – VİDEO

Read more
Multimedia 15/11/2023 21:59

Prezidentin İsmayıllı səfərindən görüntülər – Video

Read more
Multimedia 15/11/2023 19:09

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb – Video+Fotolar

Read more
Hadisə 15/11/2023 10:13

Bakıda sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 14/11/2023 11:44

Sevinc Çılğının sənət gecəsi keçiriləcək – Video

Read more
Multimedia 14/11/2023 10:05

“World Class” beynəlxalq fitnes klublar şəbəkəsinin Bakıda ilk klubu fəaliyyətə başlayıb – VİDEO

Read more
Multimedia 13/11/2023 16:17

“Azərişıq” Laçının bir neçə kəndində yenidənqurma işləri aparır – VİDEO

Read more
Multimedia 12/11/2023 14:02

Sirkdən qaçan aslan İtaliya küçələrini gəzdi – Video

Read more
Multimedia 12/11/2023 11:44

Hüseyn Bakılı vəfat etdi – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla