Azərbaycan Səudiyyə Ərəbistanla kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi məsələlərini müzakirə edib.

Müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə keçirilən görüşdə aparılıb.

Görüşdə həmçinin iki ölkə arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə edilib.

İstinadlar Report