Ermənistanın mərhələli şəkildə monoetnik dövlətə çevrilməsini əks etdirən diaqram hazırlanıb.

Bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşım edib.

Diaqram 1897-2020-ci illər aralığını əhatə edir. Bildirilir ki, 1897-ci ildə Ermənistan əhalisinin 57 faizini etnik ermənilər təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 99 faiz olub. Beləcə, Ermənistan üç monoetnik dövlətdən birinə çevrilib.

Baş konsul qeyd edib ki, bu “uğur” ilk növbədə azərbaycanlıların mərhələli şəkildə qovulması ilə bağlıdır.

İstinadlar Qafqazinfo