Rusiyanın Yekaterinburq şəhərində kriminal elementlərə qarşı operativ tədbirlər davam etdirilir.
AZƏRBAYCAN24  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün yerli polis orqanları “4 Nömrəli Yekaterinburq tərəvəz bazası” ASC-nin ərazisində 20 nəfəri saxlayıb.
Onlar arasında bazarın briqadiri olan azərbaycabnlı Zaur Həsənov da var.   Şəhərə gələn bütün ərzaq və tərəvəz məhsulları məhz bu bazadan keçir.
Bundan öncə, Uralmaş rayonundakı kafedə “sxodka” keçirən 200-ə qədər azərbaycanlı və əcnəbi saxlanılmışdı.